Oğuz meşələri rəsmən QARƏT OLUNUR… – Prezidentə müraciət olundu
Oğuz rayonun Tayıflı kənd sakinlərinin- ağsaqqallarından Şirinov Tapdıq Zahid oğlu, Dursunov Mürvət Seyid oğlu və digərləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia.az-a daxil olan müraciətdə deyilir:
“Cənab Ali Baş Komandan, Biz Oğuz rayon Tayıflı kənd sakinləri və ağsaqqalları dekabrın 29-da böyük bir gözlənti ilə sizə müraciət e və xahiş etmişdik ki, kəndimizin meşəsindəki iri və sağlam ağacların kütləvi surətdə qanusuz kəsilərək taxta sexlərinə daşınmasının qarşısını alasınız. Məsələn, mən ağsaqqal Tapdıq Şirinov düz 27 il bu meşələrin qorunması üçün can qoymuşam. Göndərdiyim müraciətdən sonra Qəbələ meşə idarəsinin Arzu adlı işçisi mənə telefonla zəng edib hədə -qorxu gəldi ki, sən kimsən bizdən şikayət vermisən və s. hədələr.
Ona görə deyim ki, bu Arzu adlı adam meşələrimizi delimka adı altında ən sağlam və yekə ağacları kəsdiri və guya çürük və ya quru olduğu üçün 15 və 20 manat akt bağayıb sənədləşdirir. Yəni qırılan sağlam ağacların hər birini 15 manat cərimə aktı yazmaqla saxtakarlıq edir pul qazanır.
Mən Dürsunov Mürvət Seyid oğlu da cənab prezidentdən xahiş etmək istəyirəm ki, hazırda Laçın yolunu bizim vətəndaşlarımız ekoloqlarımız necə təbii sərvətlərimizi talayan mənfur ermənilərə qarşı mübarizə aparırsa biz kən ağsaqqalları, qarasaqqlalları da o cürə Tayıflı kəndinin meşəsinin yekə böyük diametrli ağaclarının Qəbələ meşə idarəsi müdiri tərəfindən meşə materiallarının kəsdirilərək taxta yeşiklər, paddonlar hazırlanması üçün satmasının qarşısını almağa çalışırıq. Bir ağsaqqal, qarasaqqal kimi bz də gecə gündüz növbə ilə meşəmizi qorumağa başlamışıq ki, ekologiyamızı xilas edək. Hələ gördüyünüz bu ağac nədir ki, Meşələrimizdə elə böyük ağaclar varidi ki, xeyli miqdarda olanı kəsilib aparılıb. Yayda da meşələrimiz yandırılır, amma heç kəs baxmır. Əvvələr bu meşəlri gəzib qurtarmaq olmurdu. İndi axırına çıxıblar. Belə olmaz.
Bir həftə əvvəl etdiyimiz şikayətdən iki gün sonra Ekologiya Nazirliyinin rəsmi işçiləri olan Məhyəddin və bir cavan oğlan gəldilər və biz şikayətçilərdən heçnə soruşmadan 10 dəqiqə meşəyə girib çıxdılar və yerli meşə idarəsi işçilərilə nə yazdılar, nə saziş bağladılar bizim xəbərimiz olmadı. Və çıxıb getdilər. Cənab prezident biz inanırıq ki, siz tezliklə meşələrimizin məhv edilməsinin qarşısını alacaqsınız. Xahiş edirik buraya Ekologiya nazirliyindən kimsə yoxlaaq adıya gəlməsin. prokurorluq orqanları baxsınlar və biz də onlara bütün kəsilən sağlam ağacları yerində göstərək. Bizi məcbur etməsinlər ki, Laçın yolundakı kimi kəndimizin meşə yolunu da biz birdəflik kəsək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-01-2023, 10:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər