reklam
Regionxeberlericom.az » Gündəm » Vasif Talıbova məxsus şirkətlərin yeni sahibi bu şəxs oldu - Foto

reklam

Vasif Talıbova məxsus şirkətlərin yeni sahibi bu şəxs oldu - Foto

















Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq” olub.

Artıq “Gəmiqaya Holdinq”ə məxsus rəsmi “Facebook” hesabının adı da “Arkoz Holdinq” adlandırılıb.

Məlumat üçün bildirək ki, “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə heyətinin sədri olub.

Xəbəri rus dilində oxuyun: Этот человек стал новым владельцем компаний Васифа Талыбова - Фото

Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.

Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalları azaldılıb. Ehtimal etmək olar ki, nizamnamə kapitalının azaldılması təsisçi dəyişikliyilə bağlıdır.





Paylaş:


Müəllif : Tarix:
6-01-2023, 12:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər