Nazir müavini Vüqar Kərimov Azərbaycanda meşə talançılığı institutu yaradıb…
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ən qalmaqallı strukturu Meşələrin İnkişafı Xidmətidir (keçmiş Meşələrin İnkişafı Departamenti – red.) desək, bəlkə də yanılmarıq. Bu struktura rəhbərlik edən şəxslər həmişə ictimai qınağın obyektivinə tuş gəliblər, özü də haqlı olaraq. İndiyədək saytımızda meşələrin talan edilməsi mövzusunda yetərincə informasiyalar gedib. Bəzən tənqidlərimiz müsbət nəticə də verib. Amma ümumi mənfi tendensiya dəyişməyib.
Bir statistikaya nəzər yetirək: Ağaqardaş Qardaşovun Departamentə rəhbərlik etdiyi 2019-cu ildə qırma göstəricisi 20 min kub-metrə yaxın olub. Onu direktor vəzifəsində Namik Xıdırov əvəzləyəndən sonra həmin göstərici 2020-ci ildə 11 min kub-metrə, 2021-ci ildə isə 8 min kub-metrə düşüb. Bir il əvvəl həmin vəzifəyə Xalıqverdi Hüseynov təyin olunandan sonra 2022-ci il üzrə qırma göstəricisi yenidən 50-60 faiz sıçrayaraq 13 min kub-metrə yüksəlib.
Diqqətəlayiq məqam budur ki, paralel olaraq qanuni qırma sahələrindən oduncaq satışından dövlət büdcəsinə mədaxil göstəricisi də təzadlı olub. Belə ki, Namiq Xıdırovun rəhbərliyi dönəmində qırmalar az, mədaxil çox olduğu halda, indi tam əksinə, qırma yüksəlib, mədaxil isə azalıb. Bu isə ondan xəbər verir ki, meşələrin qanunsuz məhv edilməsi çoxalıb.
Əlbəttə, bu müqayisəni gündəmə gətirməklə heç də Namiq Xıdırovu mələk kimi təqdim etmək fikrimiz yoxdur. Bəlkə də 2020-2021-ci illərdə pandemiya səbəbindən meşə talançıları da az sifariş qəbul ediblər. Elə Namiq Xıdırov öz ərizəsi ilə vəzifədən gedəndən sonra özünə 100 min manatlıq 10-AA-889 nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomobil alması ilə yenidən gündəmə gələndə də bəlli oldu ki, işlədiyi dövrdə fəaliyyəti əsla “aydan arı, sudan duru” deyilmiş.
Nə isə, respublika üzrə meşə talançılığı tendensiyasının dərinləşməsi ilə yanaşı, meşə təsərrüfatına kadr seçimində qeyri-peşəkarlara üstünlük verilməsi meyli də aşkar müşahidə olunmaqdadır. Buna dair indiyədək KİV-də, eləcə də bizim saytımızda yetərincə misallar çəkilib. Namiq Xıdırovun özü belə bu tendensiyanın qarşısında aciz qalıb. Hələ Xidmət rəisi işlədiyi vaxt dostu Mehman Səfərovu müavin kreslosunda qoruya bilmədi, Xidmətin Meşə Mühafizəsi Şöbəsinin rəisi, meşəçilik işində qeyri-peşəkar sayılan Mohuma Heraçiyev Mehmanın “torbasını tikib” onun yerinə keçdi. Onun baş hüquqşünas Ülvi ilə birləşərək Namiq Xıdırovu təkləməsi barədə də internet resurslarında maraqlı məlumatlar vardır.
Bu yerdə xatırlatmağa dəyər: Mohuma Heraçiyevin meşəçilikdən anlayışı yalnız bura qədərdir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mühüm vəzifə tutduğu vaxt Abşeronda, Qubada, Qusarda, Qəbələdə, İsmayıllıda, Xızıda və digər bölgələrdə meşə fondunun özəlləşməsinə dair müxtəlif insanlara çoxlu sayda “kupçalar” satıb, topdağıtmaz böyük sərvətə, xarici ölkələrdə mülklərə yiyələnib. Adı odioz MTN generalı Akif Çovdarovla birgə hallanıb. Yalnız bu qədər!
ETSN sistemində hamıya gün kimi aydındır ki, qeyri-peşəkarların irəli çəkilməsində patronajlığı nazir müavini Vüqar Kərimov edir. Məhz onun “xeyir-duası” ilə Şabran, Sabirabad, Göygöl, Lənkəran meşə idarələrinin müdirlərini işdən çıxarıb yerinə baytar həkim, idman müəllimi, hərbçi və s. qeyri-peşəkarları təyin etdilər. Sual olunur: Şamaxı RMTM-nin mühafizə işləri üzrə direktor müavini təyin olunan Firqət Camalov və onun kimi qeyri-peşəkarlar hansı nəzəri və praktik bilikləri ilə az meşəli ölkə olan Azərbaycanın meşələrini inkişaf etdirəcəklər? Maraqlıdır, o direktorları işdən çıxardırlar ki, onlar Rusiyada təhsil almış mühəndislərdi. Hətta Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarına belə iş verilmir (ADAU ildə 15 nəfər meşəçi mütəxəssis hazırlayır – red.). (azerinfo.media)
Paylaş:
Müəllif : Fuad
Tarix:8-01-2023, 12:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər