“Həmin deputatlar başları bir şeydən çıxmadığı halda niyə danışırlar?” – Xanlar Vəliyev
Daha əvvəl xəbər verdiyimiz kimi, bu günlərdə “Tərtət işi” məsələsi Milli Məclis səviyyəsinə qalxıb, orda müzakirələr zamanı deputatlar keçmiş Baş prokuror Zakir Qaralovu, hazırkı hərbi prokuror Xanlar Vəliyevi tənqid edərək günahı olmayan hərbçilərin qanunsuz, heç bir əsas olmadan məsuliyyətə cəlb edildiklərini, onlara işgəncələrin verildiyini bildiriblər. Millət vəkilləri hərbi prokuror Xanlar Vəliyevin üzr istəməli olduğunu deyiblər.
RegionXəbərləricom.az Manset.az-a istinadən xəbər verir ki, Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev deputatları məlumatsızlıqda günahlandırıb.
- Milli Məclisdə “Tərtər işi” ilə bağlı sizə qarşı ittihamlar səsləndirilir, sizi tənqid edirlər, bu barədə nə deyə bilərsiz?
- Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?
- Bəs siz bir vaxtlar Tərtər hadisələrini “nağıl” adlandırırdınız. Nə baş verir? İndi reallığa çevrilib?
- Mənim dediklərimi təhrif edirlər. Mən “Tərtər işi”ni nağıl adlandırmamışam. Mən nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təziq edib, məni döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz.
- Bəs Milli Məclisdə deputatlar tələb edirlər ki, siz üzr istəməlisiniz?
- Mən niyə üzr istəməliyəm? Hansı səbəbə? Kim bunlar barədə danışırsa, ondan soruşun niyə? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-01-2023, 15:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər