Əli Həsənova bağlı şirkət “Azərsu”dan tender uddu - Faktlar
“Azərsu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Azərmətbuatyayım” ASC (VÖEN-1600582521) olub.
“Azərmətbuatyayım” ASC “Azərsu” ASC-yə adları aşağıdakı cədvəldə yer alan qəzetləri satacaq və qarşılığında 20 min 493 manat 56 qəpik alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 345 min 304 manat olan “Azərmətbuatyayım” ASC 07.08.2007-ci ildə dövlət qeydiyyaytına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı “Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K”-də yerləşir.
Qeyd edək ki, “Azərmətbuatyayım” ASC-nin təsisçisinin “Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 01.03.2004-cü ildə dövlət qeydiyyatına alınan “Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.
“Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda - Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşib.
Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və ötən il ləğv olunan "ATOM QİDA" MMC-yə (VÖEN -1701554201) Əli Həsnovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.
2021-ci ildə Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.
Bunlardan başqa hazırda Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “Kaspi Education” MMC-nin (VÖEN – 1701352711) qanuni təmsilçisi də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-01-2023, 17:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər