reklam
Regionxeberlericom.az » Gündəm » Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyinə “meydan oxuyur” - Faktlar

reklam

Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyinə “meydan oxuyur” - Faktlar


















Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub.

“Alov-Mühafizə” MMC 12 ay ərzində 6 yarmarka və 1 ofisin mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında “Aqrar Tədarük və Təchizat” ASC “Alov-Mühafizə” MMC-yə 105 min 987 manat 60 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.

Qeyd edək ki, dekabr ayının 23-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

Xəbəri rus dilində oxuyun: Минсельхоз "бросает вызов" Минэкономики - Факты

Nazirliyin müraciətində bildirilib ki, müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib. Sənədlərin saxtalaşdırılmasında iştirak edən şirkətlər arasında  “Alov Mühafizə” MMC-nin 10 saylı filialı və “Vətən-N Mühafizə Xidməti MMC”nin 8 saylı filialı da var. 

Lakin, maraqlıdır ki, İqtisadiyyat Nazirliyinin bu şirkətlərin sənədləri saxtalaşdırdığını və bu barədə əllərində əsaslı şübhələrin olduğunu bildirməsinə baxmayaraq, onlar yenə də tenderlərdə iştirak edib qalib gəlirlər.

Məsələn, “Alov-Mühafizə” MMC-nin qalib elan olunduğu sonuncu tenderdə təklifələrə bu ilin yanvar ayının 5-də baxılıb. Halbuki, həmin tarixdən 13 gün əvvəl İqtisadiyyat Nazirliyi Baş Prokurorluğa rəsmi müraciət ünvanlamışdı. Belə görünür ki, “Aqrar Tədarük və Təchizat” ASC tender təkliflərinə baxan zaman İqtisadiyyat Nazirliyinin müraciətini nəzarə almayıb.

“Dövlət Satınalmaları Haqqında” Qanunun  12-ci maddəsində qeyd olunur ki, hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin (podratçının) saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə və bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdə:

- həmin malgöndərənin (podratçının) təqdim etdiyi tender təkliflərini, ofertaları və kotirovkaları rədd edir;

- malgöndərənin (podratçının) gələcək satınalma prosedurlarında iştirakını qeyri-müəyyən müddətə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi müddətə qadağan edir;

- saxtakarlıq hallarının araşdırılması üçün məlumatları müvafiq səlahiyyətli orqanlara təqdim edir;

Mətbuatda yayılan məlumatlardan belə görünür ki, “Alov-Mühafizə” MMC-yə Qasımov Etibar Ağahüseyn oğlu rəhbərlik (Baş idarə rəisi) edir. Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanada sənədləri saxtalaşdırmaqda ittiham olunan “Vətən-N Mühafizə Xidməti” MMC –nin də qanuni təmsilçisi olub. Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisi olub.

A. Cəfərov




Paylaş:


Müəllif : Tarix:
10-01-2023, 11:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər