reklam
Regionxeberlericom.az » Gündəm » Elm və Təhsil Nazirliyinin tenderi ləğv olundu - Saxtakarlıqda ittiham olunan şirkəti qalib seçmişdi

reklam

Elm və Təhsil Nazirliyinin tenderi ləğv olundu - Saxtakarlıqda ittiham olunan şirkəti qalib seçmişdi














Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

Müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 11.01.2023-cü il tarixli 3-21-1/2-177/2023 nömrəli məktubuna əsasən ləgv olunub.

Məlumat üçün bildirək ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub.

“Alov-Mühafizə” MMC 2023-cü il ərzində (12 ay) Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin inzibati binasının və onun ərazisinin mühafizəsini təşkil edəcəkdir. Bu xidmətin qarşılığında “Alov-Mühafizə” MMC-yə 40 min 249 manat 94 qəpik ödəniləcəkdir.

Məlumat üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.

Qeyd edək ki, ötən ay İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib. Sənədlərin saxtalaşdırılmasında iştirak edən şirkətlər arasında  “Alov Mühafizə” MMC-nin 10 saylı filialı və  “Vətən-N Mühafizə Xidməti MMC”-nin 8 saylı filialı da var. 

Onu da qeyd edək ki, “Vətən-N Mühafizə Xidməti” MMC  27.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921 K”da yerləşən MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir. Daha əvvəl şirkətin qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğlu olub.

Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisidir.

Qasımov Etibar Ağahüseyn oğlunun eyni zamanda “Alov-Mühafizə” MMC-yə rəhbərlik etdiyi (Baş idarə rəisi) qeyd olunur. Mətbuatda “Alov-Mühafizə” MMC-nin də “Riyad Mühafizə Xidməti” MMC-nin bazası əsasında yaradıldığı bildirilib.

Xatırladaq ki, ötən ilin sentyabr ayında “Alov-Mühafizə” MMC-nin 1 milyon 985 min 767 manat 29 qəpik vergi borcu olub və bu qədər borcunun olmasına baxmayaraq MMC-nin müxtəlif filialları çoxsaylı tenderlərin qalibi olub. 





Paylaş:


Müəllif : Tarix:
15-01-2023, 18:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər