Bu gün Bəxtiyar Hacıyevlə bağlı vəsatətə baxılacaq - AÇIQLAMA
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin barəsindəki həbsin girov qətimkan tədbirilə əvəzlənməsi üçün məhkəməyə müraciət olunub. İctimai fəalın girov müqabilində həbsdən buraxılması haqda vəkillərinin verdiyi ərizəyə yanvarın 18-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva baxıb qərar verməlidir.
Bu barədə Meydan TV-yə Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc məlumat verib.
Bəxtiyar Hacıyev vəkili vasitəsilə bildirmişdi ki, Ombudsman Səbinə Əliyevanın ona baş çəkməsini istəyir. Vəkil deyir ki, yanvarın 17-də Ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb, onun sağlıq durumu, saxlanma şəraitilə maraqlanıblar.
İctimai fəalın yanvarın 9-dan başladığı aclıq aksiyasını davam etdirdiyini deyən vəkilin sözlərinə görə, uzunmüddətli aclıq onun səhhətində kəskin problemlər yaradıb:
“Hər gün səhhəti, psixoloji durumu ağırlaşır. Qanda şəkər kifayət qədər aşağı düşüb. Bədəndə, əllərdə tez-tez keyləşmə olur…”
Bu gün Bəxtiyar Hacıyev haqqında həbsin girov qətimkan tədbirilə əvəzlənməsi haqda vəsatətə baxacaq hakim Sülhanə Hacıyeva təxminən 20 gün öncə ictimai fəalla bağlı bənzər başqa bir işə baxmışdı. Dekabrın 29-da onun vəkilləri həbsin ev dustaqlığıyla əvəzlənməsi haqda vəsatət vermiş, lakin Sülhanə Hacıyeva vəsatəti təmin etməmişdi.
Sülhanə Hacıyevanın çıxardığı bu qərardan verilmiş şikayətə yanvarın 9-da Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədov baxanda isə Bəxtiyar Hacıyevlə onun arasında mübahisə yaşanmışdı. Bəxtiyar Hacıyev yada salmışdı ki, keçmiş MTN generalı Akif Çovdarovun ailə üzvlərinə məxsus 30 milyona yaxın dəyərində əmlakların qaytarılması haqda qərara məhz bu hakim imza atıb. İctimai fəal vurğulayıb ki, sifarişlə belə qərarlar verən hakimdən özünə münasibətdə ədalət gözləmir.
“Mənə məhkəməyə hörmətsizlik ittihamı veriblər. Məhkəməyə hörmətsizlik edən mən deyiləm, sizsiz. Məhkəməyə hörmətsizlik nümunələri sizin verdiyiniz qərarlardır. Şəxsən mənim haqqımda çıxarılan qərarlardır”, – Bəxtiyar Hacıyev bildirib.
O zaman Habil Məmmədov da Bəxtiyar Hacıyevin vəkillərinin verdiyi apelyasiya şikayətini təmin etməmiş, bundan sonra o, aclığa başladığını açıqlamışdı.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-01-2023, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər