reklam
Regionxeberlericom.az » Gündəm » Ramiz Zeynalov vəzifəsindən alınacaq -Bu səbəblərdən

reklam

Ramiz Zeynalov vəzifəsindən alınacaq -Bu səbəblərdən


Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi cəmiyyətdə müsbət qarşılanmaqla paralel, müəyyən gözləntiləri də zəruri etdi. Məlumdur ki, mediada yer alan əksər mülahizələrdə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun istefaya göndərilməsinin zərurəti əks olunur. Bəs bu istefa ilə bağlı mülahizələr nədən qaynaqlanır və nə dərəcə də əsaslıdır?

Suallara aydınlıq gətirməyə çalışdıq. Əvvəla, daxili işlər naziri postunda 71 yaşlı Ramil Usubovu 51 yaşlı Vilayət Eyvazov əvəz etdiyi kimi, nazirliyin digər rəhbər postlarında da yaşlı kadrların gənclərlə əvəzlənməsi kimi bir gözlənti var. 1970-ci il təvəllüdlü Seyfulla Əzimovun Daxili İşlər nazirinin birinci müavini təyin olunması, 1968 -ci il təvəllüdlü Əbülfət Rzayevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunması qeyd etdiyimiz gözləntiləri stimullaşdıracaq faktorlardır. Bu iki təyinat göstərir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyində daha gənc kadrların önə çəkilməsi davam edəcək.

Bu zaman ilk diqqəti çəkənlərdən biri isə heç şübhəsiz ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovdur. Cənab Zeynalovun 68 yaşı bir neçə ay əvvəl tamam olub və düz 25 ildir ki, Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edir. Xatırladaq ki, Ramiz Zeynalov məhz 1994-cü ilin bu ayında Baş Dövlət Yol Polisi İdarəsinin rəisi təyin olunub. 25 il ərzində Ramiz Zeynalovun fəaliyyəti ilə bağlı ictimai rəy yumşaq desək birmənalı deyil. İlk öncə onu qeyd edək ki, Dövlət Yol Polisi sovet sisteminin ən çox korrupsiyalaşmış sistemi olan Dövlət Avtomobil Müffətişliyinin şinelini üzərindən ata bilsə də, prinsipləri dəyişməz oldu. Dövlət Yol Polisində ümüd edilən islahatların olmaması səbəbindən narazılıq kütləviləşdi. Kütləvi dediyimiz narazılıq isə bu qurumun bütün fəaliyyət sahələini əhatə edir: istər patrul xidmətləri olsun, istərsə də, qeydiyyat-imtahan şöbələri.

Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin fəaliyyət dairəsi çox genişdir. Bu dairədə sürücülük vəsiqələrinin verilməsi, mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatına alınması, nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi kimi vəzifələr sıralanır. Bu vəzifələr Bakı və Naxçıvan Muxatar Respublikası istisna olmaqla 11 qeydiyyat-imtahan şöbəsi tərəfindən həyata keçirilir. Onların hər biri ilə bağlı mediada kifayət qədər tənqidi fikirlərə, bəzən isə daha da sərt ittihamlara rast gəlinir.Bu narazılıqlarla bağlı konkret faktlara istinadla qarşıdakı günlərdə ətraflı yazacağıq.


Paylaş:


Müəllif : Tarix:
7-08-2019, 09:07
Sikayət   


loading...
Загрузка...