reklam
Regionxeberlericom.az » Gündəm » Bir qrup QHT rəhbəri Bəxtiyar Hacıyev və Əvəz Zeynallının azad olunması xahişi ilə PREZİDENTƏ MÜRACİƏT ETDİ

reklam

Bir qrup QHT rəhbəri Bəxtiyar Hacıyev və Əvəz Zeynallının azad olunması xahişi ilə PREZİDENTƏ MÜRACİƏT ETDİ

















Bir qrup QHT rəhbəri həbsdəki siyasi fəal Bəxtiyar Hacıyev və jurnalist Əvəz Zeynallının azad olunması xahişi ilə Prezident İlham Əliyevə müraciət edib.

RegionXəbərləricom.az Gununsesi.info-ya istinadla həmin müraciəti təqdim edir:

Sizə Azərbaycan cəmiyyətinin ictimai sektorunun nüfüzlu nümayəndələri olan ictimai fəal Bəxtiyar Hacıyev və jurnalist Əvəz Zeynallı ilə əlaqəli müraciət edirik.

Bildiyiniz kimi, ictimai fəal Bəxtiyar Hacıyev və jurnalist Əvəz Zeynallıya qarşı cinayət işi açılıb, istintaqın təqdimatına əsasən məhkəmə tərəfindən hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əvəz Zeynallı rüşvət, Bəxtiyar Hacıyev xüliqanlıqda ittiham edilirlər.

Hazırda həbsdə olan hər iki şəxsin səhhətlərində ciddi narahatçılıqların olduğunu nəzərə alaraq, yazıb Sizdən onların istintaq dövründə seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərməyinizi xahiş edirik. Bəxtiyar Hacıyevlə Əvəz Zeynallı ictimaiyyətdə nüfuz sahibi olan şəxslərdilər; hər ikisi dövlətini sevən, xalqına bağlı olan vətənpəvər insanlardır. Onların ölkə üçün göstərdikləri peşəkar fəaliyyətlərinin nəzərə alınmasına, yaxın gələcəkdə isə günahsız olduqlarına görə tamamilə bəraət alacaqlarına ümid edərək, Sizdən bu işə humanist müdaxilə etməyinizi xahiş edirik.

Qeyd edək ki, müraciəti 50-yə yaxın QHT rəhbəri və jurnalist imzalayıb.




Paylaş:


Müəllif : Tarix:
24-01-2023, 12:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər