reklam
Regionxeberlericom.az » Gündəm » Rəşid Mahmudov həkimlərin pensiyasından danışdı: - “Özlərinə o 320 manatı verəsən, görüm, dolana bilərlərmi?”

reklam

Rəşid Mahmudov həkimlərin pensiyasından danışdı: - “Özlərinə o 320 manatı verəsən, görüm, dolana bilərlərmi?”


Tibb üzrə fəlsəfə doktoru, professor Rəşid Mahmudov Milli Məclisin deputatı Məlahət İbrahimqızının 65 yaşı tamam olan həkimlərin pensiyaya göndərilməsi ilə bağlı etirazına münasibət bildirib.

85 yaşlı R.Mahmudov Pravda.az-a açıqlamasında deputatın fikirlərini dəstəkləyib.

“Vallah, çox düzgün deyir. 70 yaşlı insan yaşa dolduqca daha çox təcrübə qazanır. Həkimlik elə sənətdir ki, həkim daim oxumalıdır. Yeni dərmanlar, yeni üsullar çıxır. Həkim daim öz üzərində çalışır. Uzun illər işlədikcə işini daha da təkmilləşdirir. Həkimlərimiz 70 yaşına qədər işləməlidir, xarici ölkələrdə belədir. Məlahət İbrahimqızı hamısını düz deyir…”

R.Mahmudov Məlahət İbrahimqızının həkimlərə verilən 320 manat pensiyanın onların yaşayış xərclərini qarşılamaması barədə fikirlərinə də münasibət bildirib: “320 manat puldurmu? 320 manat ayıbdır ey, vallah, ayıbdır. Özlərinə o 320 manatı verəsən, görüm, dolana bilərlərmi? Dolanmaq olarmı? Adam yaşa dolduqca 65-70 yaşdan sonra xəstəlikləri artır, dərmalar da çox bahadır. 320 manat heç dərmanlara çatmaz, yeməyə, heç nəyə… 320 manat çox biabırçı və ayıb rəqəmdir”.

Rəşid Mahmudov pensiyaya çıxan tibb işçilərinin ehtiyac olan bölgələrdə işlə təmin olunması təklifinə də cavab verib: “Kim istəsə, gedə bilər. Yaxşı maaş verirsənsə… Bu camaatı şəhərdən kəndə göndərirsənsə, onda yaxşı maaş verməlisən. 300 manata kim burdan durub kəndə gedər? Həkimin kirayəpulu var. Bəzi yerlərdə heç qaz yoxdur. Həkimləri hər şeylə təmin etməlidirlər. Bütün bunlar olarsa, kim gedirsə, göndərsinlər. Ümumiyyətlə, qoy həkim şəhərdə işlədiyi yerdə işləsin, nə olar? Niyə rayonlara göndərirsən? Elə tələbələr var, çoxu rayon uşaqlarıdır, universiteti bitirirlər, məzun olan kimi onlara “rayona getmək istəyirsinizmi?” sualı verilməlidir. Əvvəllər təyinat olurdu. Gedib təyinat yerində mütləq iki il işləməli idin. Heç olmasa, müəyyən müddətə - iki-üç ilə rayonlara göndərin, rayonlarda da həkimlər olsun. Rayonlarda həkim çatışmır…”




Paylaş:


Müəllif : Tarix:
25-01-2023, 10:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər