"Polislər yoldaşımın vəziyyətinə əhəmiyyət vermədən narkoloji müayinəyə göndərdilər"
Masallı rayon Bədəlan kənd sakini Kamal Əzizov iddia edir ki, hamilə həyat yoldaşının vəziyyəti Dövlət Yol Polisi əməkdaşlarının etinasız yanaşması, səhlənkarlığı nəticəsində pisləşib.
Masallı sakini K. Əzizov bu barədə "Meydan TV"yə danışıb. Heç bir əsas olmadan yol polislərinin onu narkoloji müayinəyə aparıb vaxtını aldığını, bu müddətdə həyat yoldaşının durumunun ağırlaşdığını vurğulayan Kamal Əzizovun sözlərinə görə, yol polisləri qanunsuz əməllərini ört-basdır eləməkdən ötrü üstəlik, onu əsassız olaraq, kəmərdən istifadə etməmək iddiasıyla cərimələyiblər.
Hadisə yanvarın 21-də Masallı və Lənkəranın arasındakı ikinci dərəcəli magistral yolda baş verib.
Kamal Əzizov danışır ki, həmin vaxt şəxsi avtomobiliylə hamilə həyat yoldaşını Lənkəranda yerləşən xəstəxanaya aparırmış. Bu zaman yol polisləri ona işarə verərək, avtomobili saxlamağı tələb ediblər.
Kamal Əzizovun dediyinə görə, həmin vaxt o, heç bir qayda pozuntusuna yol verməmişdi:
“Yol polisinə yaxınlaşıb dedim ki, mən heç bir qayda pozuntusuna yol verməmişəm. Üstəlik, maşında hamilə həyat yoldaşım var, onu təcili xəstəxanaya çatdırmalıyam. Gecə yoldaşımın ağrıları olmuşdu, yatmamışdıq. Gözlərimdən yorğunluq, yuxusuzluq tökülürdü. Polislər yoldaşımın vəziyyətinə əhəmiyyət vermədilər, dedilər ki, narkoloji müayinəyə getməlisən…”
Kamal Əzizovun sözlərinə görə, onun etirazına baxmayaraq, narkoloji müayinəyə aparıblar. Yoxlama nəticəsində məlum olub ki, o, narkotik maddədən istifadə etməyib.
Masallı sakini deyir ki, bu cavabdan sonra yol polisi müayinənin cavabı olan sənədi ona vermək istəməyib. Lakin o, cavabı almaqda israr edib:
“Məni şantaj elədilər ki, yoxsa sənə cərimə yazacağıq. Təkid eləyib, cavabı aldım. Evə gələndən sonra mənə mesaj gəldi. Məlum oldu ki, kəmərdən istifadə etməməyə görə 40 manat cərimələnmişəm. Halbuki bu, əsassız və qanunsuz idi…”
Kamal Əzizov əlavə edib ki, həmin gün yol polislərinin onları yubatması, hamilə qadının durumuna etinasız münasibəti nəticəsində həyat yoldaşının vəziyyəti ağırlaşıb:
“Bizi nə qədər yubatdılar. Halbuki, hamilə qadına yardım eləmək nəinki polislərin, hər bir normal insanın mənəvi borcudur. Bur cür davranış polisə yaraşmaz…”.
Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə nəqliyyat vasitəsi saxlanılıb.
Bu zaman sürücünün zahiri görünüşündən spirtli içki və ya narkotik vasitənin sərxoşluğu altında olmasına dair şübhə yaranıb. Bu səbəbdən onun o, tibbi müayinədən keçirilib.
“Müayinənin nəticəsi neqativ olduğuna görə onun yol verdiyi qayda pozuntusu ilə bağlı – təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inzibati qaydada protokol tərtib edilib və sürücü yoluna davam edib”, – DİN rəsmisi vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-01-2023, 18:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər