`Azercell`dən ŞOK ADDIM: Şəhidimizi məhkəməyə verdi... - BU NƏDİ BELƏ?
“Azercell” heç bir əndazəni gözləmədən Vətən üçün canını verən Qarabağ şəhidini məhkəməyə verib. Ölkənin ən böyük mobil operatorunun belə addım atması ikrah hissi oyadıb. Gün ərzində internet paketlərindən, danışıqdan, abunə və digər paketlərdən milyonlar qazanan “Azercell”in görünür gözü doymayıb. Böyük bir şirkət üçün “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” meddaları ilə təltif edilmiş, Vətən üçün canını fəda edən bir şəhiddən haqq ummaq sadəcə ayıbdır.
Tribunainfo.az xəbər verir ki, “Azercell” mobil operatoru Gəncə şəhidi Məmmədov Araz Adil oğlunu məhkəməyə verib. 27 yaşında canını Vətənə fəda edən bir gənci məhkəməyə verməkdən çəkinəyən “Azercell”in iddiasına hakim Xədicə Səfərli sədrlik edəcək.
İlk iclas 15 fevral tarixinə təyin edilib.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü şəhid Məmmədov Araz 4 noyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən borcunu canı ilə ödəyən şəhiddən ölkənin ən böyük mobil operatoru borcunu geri istəyir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-02-2023, 11:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər