Ağsuda icra başçısı bələdiyyə sədrini niyə təhqir edib? – Fariz Xəlillidən AĞIR İTTİHAMLAR
Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib. O, məhkəməyə Cinayət Məcəlləsinin 148-ci (Təhqir) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət edib. F.Xəlilli ona dəymiş mənəvi ziyanın ödənilməsi üçün icra başçısından 30 min manat təzminat istəyir.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən bələdiyyə sədri Fariz Xəlilli bildirdi ki, bu yaxınlarda keçirilən səyyar görüşdə icra başçısı Rövşən Bağırov mənim vəzifə və şəxsi nüfuzuma xələl gətirib:
“Üstəlik, onun səlahiyyətinə aid olmayan məsələlərin məndən izahını tələb edib. Gəgəli bələdiyyəsinin büdcəsini lağlağaya çevirən icra başçısı bilərəkdən mənim seçicilərimin qarşısında nüfuzumun aşağı salınması üçün və bəlkə də gələcəkdə bir kadr dəyişikliyi etmək üçün bu addımı atıb. Mən də bu məsələ ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə şikayət eləmişəm. Birinci instansiya məhkəməsi mənə bildirib ki, cavabdehin ünvanını düzgün göstərməmisən. İndi apelyasiya məhkəməsinə müraciət etmişəm”.
Fariz Xəlilli burda başqa məsələlərin olduğunu söylədi:
“Mənim təmiz işləməyim kimlərinsə işinə yaramır. Keçmiş bələdiyyə sədri İlqar Hüseynov 11 il kənddə istədiyini edib. Tək bir faktı deyim. O vəzifəsindən sui-istifadə edərək 1500 hektar torpağı özünün, bacanağının, qaynının və yaxın qohumlarının adına sənədləşdirib. Üstəlik torpağın təyinatını dəyişdirib.
İlqar Hüseynov hal-hazırda Kənd Təsərrüfatı Nazirliyininin Ağsu rayonundakı Dövlət Aqrar Mərkəzinin rəhbəridir. Və həmin 1500 hektar torpağa görə İlqar Hüseynov hər il dövlətdən külli miqdarda subsidiya alır. Üstəlik, İlqar Hüseynovun oğlunu Rövşən Ağayev İcra Hakimiyyətinin hüquq şöbəsinə müdir götürüb. Eyni zamanda İlqar Hüseynova yaxın daha bir şəxsi Rövşən Bağırov özünə müavin götürüb. Açıq demək lazımdır ki, icra başçısı İlqar Hüseynovun təsiri altındadır. Mən də bu şəbəkəni ifşa eləmək istəyirəm. Hətta İlqar Hüseynov mənə deyib ki, başçıya görüm-baxım eləmişəm, sən də nə istəyirsən de, verim, bu məsələ qapansın. Mən də onunla razılaşmamışam. Bax, məsələnin kökü bundadır”.
Məsələ ilə bağlı Ağsu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Başçısının müavini Elçin Məmmədov Bizim.Media-ya bildirdi ki, mən məsələni dədiqliyi ilə bimirəm:
“Bildiyim odur ki, bələdiyyə sədri İcra Başçısını məhkəməyə verib. Məhkəmə də işə baxacaq. Amma mən biləni İcra Başçısı ona lağ eləmiyib, iradını bildirib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-02-2023, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər