DİN-in yaydığı foto müzakirələrə səbəb oldu - Polis saxlanılan şəxsi döyüb?
Naxçıvan Muxtar Respublikası Babək rayon sakininin polislər tərəfindən döyüldüyü, işgəncəyə məruz qaldığı iddia olunur.
Yeniavaz.com xəbər verir ki, Muxtar Respublika Daxili İşlər Nazirliyinin yaydığı fotoda, rayon sakini Vidadi İbrahimovun qaşının və burnunun üstündə, gözünün ətraflarında döyülmə əlamətlərinin olduğu görünür.
Yaxınları bu barədə “Gündəlik Naxçıvan”a danışarkən bildiriblər ki, V. İbrahimov günahsızdır, saxlanılarkən polislər tərəfindən döyülüb, işgəncəyə məruz qalıb.
İddialarla bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev Yeniavaz.com-a bildirib ki V.İbrahimov narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq istintaqa cəlb edilib:
“Onun üzərindən 5.137 qram olan psixotrop maddə—metamfetamin aşkar olunaraq götürülüb. Onun üz nahiyyəsində olan xəsarət polis orqanında olmayıb. Bununla bağlı istintaq materiallarında müvafiq qeydlər var. İddialar şəxsi mülahizələrdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-02-2023, 14:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər