Masallıda qalmaqallı posta NÖVBƏTİ TƏYİNAT - Əvvəlkilər həbs olunub...
Əvvəllər məlumat verdiyimiz kimi 2022-ci ilin mart ayında Masallı Rayon Mərkəzi Xəstəxanasın baş həkim təyin edilən, elə həmin ilin 26 dekabrında Korrupsiya Qarşı Mübarizə təşkilatı tərəfindən həbs edilən Eşqin Əlievdən sonra vakansiya olan baş həkim yerinə təyinat olub. Belə ki, Mərkəzi Xəstəxananın Reanimaya Şöbəsinin müdiri İlqar Məmmədov 10 fevral 2023-ci ildə həmin vəzifəyə təyin edilib.
İlqar Məmmədov kimdir?
RegionXəbərləricom.az Cenub.az-a istinadla bildirir ki, o, 1971-ci ildə, noyabr ayının 26-da Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur. 1989-cu ildə Masallı rayonu 2№-li şəhər orta məktəbini bitirmişdir. 1989-cu ilin dekabr ayından 1991-ci ilin noyabr ayına kimi Ukrayna SSR-nin ərazisində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 1992-ci ilin noyabr ayına kimi “Azərbaycan Kurortlararası Təmir-Tikinti” idarəsində fəhlə işləmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub, 1998-cı ildə həmin universiteti bitirmişdir. 1998-ci ilin avqust ayından 1999-ci ilin iyul ayına kimi anesteziologiya və reanimatologiya ixtisası üzrə internatura keçmişdir. 2007-ci ildən 2012-ci ilə kimi Azərbaycan Tibb Universiteti Elmi Tədqiqat Mərkəzinin dissertantı olmuşdur. 2012-ci ildə “Qaraciyərdə və öd yollarında cərrahi əməliyyatlar zamanı anesteziya metodlarının optimallaşdırılması” mövzusunda dissertasiyanı müdafiə etmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2011-ci ildən Masallı Rayon Mərkəzi Xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsinin müdiridir. İşlədiyi illər ərzində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının müxtəlif klinikalarında ixtisasartırma kurslarında olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim anestezioloq-reanimatoloq kimi fəal iştirak etmişdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-02-2023, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər