reklam
Regionxeberlericom.az » Gündəm » Uşaqlara daun sindromlu olmasına dair saxta sənəd verdi

reklam

Uşaqlara daun sindromlu olmasına dair saxta sənəd verdi


Şəmkirdə saxta sənəd tərtib edən xəstəxana işiçisinə qarşı cinayət işi başlanıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasınln tabeliyində olan Şəmkir rayon Uşaq Xəstəxanasının vəzifəli şəxsi Arif Hacıyevin qanunsuz əməlləri ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq tamamlanıb.


A.Hacıyevin Xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən daun sindromu olmayan şəxslərə qanunsuz əlillik dərəcələrinin təyin edilməsi üçün rəsmi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib. Arif Hacıyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilib.




Paylaş:


Müəllif : Tarix:
14-02-2023, 11:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər