reklam
Regionxeberlericom.az » Gündəm » AĞSUDA NƏ BAŞ VERİR? - Ənvər Seyidəliyevin ''dirəkləri çürüyür''

reklam

AĞSUDA NƏ BAŞ VERİR? - Ənvər Seyidəliyevin ''dirəkləri çürüyür''


Rayonun Bico kəndində işıq sistemi yox dərəcəsindədir. 1960-70-ci illərində basdırılan dirəklərin 90 faizdən çoxunu bu gün dirəkarası məftillər saxlayır.

Balaca meh olan kimi işıqlar söndürülür, çünki quraq-quraq olmuş və sallanmış işıq xətləri yüngül küləkdən ya qırılıb-tökülür, ya da bir-birinə dolaşıb qısaqapanma yaradır. Mövcud transformatorlar da çoxdan istismar müddətini bitirib, pinələyib işıq verirlər, qoruyucuları demək olar, hər gün dəyişirlər.

Elə işıq dirəkləri var ki, hündürlüyü üç metr olar. İşıq məftilləri əksər yerlərdə balaca ağacların belə arasından keçir. Bu da tez-tez qəzalara səbəb olur. Az müddət ərzində iki iribuynuzlu heyvan cərəyan təsirindən tələf olub. Biri işıq xətlərinin sallaq vəziyyətdə evin damına və ordan da məftil hasara cərəyan ötürməsi nəticəsində, digəri transformatorun muhafizə çəpərinin olmamasından.

Şəbəkə müdirinə, mühəndisə, sahə rəisinə, montyora müraciətlər olunmasına baxmayayaraq, problemlər aradan qaldırılmayıb. Şəbəkə müdiri bir bəhanə gətirir: "Materialımız yoxdur."
Üstəlik, onsuz da gücü az olan və istifadə müddətini çoxdan keçmiş kənd transformatorları işıq idarəsinin məsuliyyətsizliyi üzündən süni şəkildə yüklənir.

Belə ki, kəndə iki il əvvəl içməli su verildi və bunun üçün nasos-stansiya quruldu. Nasos üçün əlavə transformator qoyulmalı idi, lakin qoyulmadı, işıq xətti nasos-stansiyaya kənd transformatorundan birləşdirildi. Bu il isə Azərccel Ağsu rayonunun Bico kəndində ötürücü qüllə inşa elədi. Onun da işıq xəttini kənd transformatoruna birləşdirdilər. Əslində, onunda ayrıca transformatoru olmalıdır, hər yerdə olduğu kimi.

Bir sözlə, Ənvər Seyidəliyevin rəhbərlik etdiyi rayonun dirəkləri çürüyüb və Bico kəndinin işıq sistemi çöküb. Verilən işığın da gücü yox dərəcəsinə çatıb.


Paylaş:


Müəllif : Tarix:
9-08-2019, 16:49
Sikayət   


loading...
Загрузка...