BƏXTİYAR və biİXTİYAR, VAXTIN ÇATDI! - "Belə zalımı Allaha tapşırmayıb, neyləyəsən?!"
“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq” (Məryəm surəsi, 96). Yazımıza müqəddəs kitabımız “Qurani-Kərim”in insanları mərhəmətə, sevgiyə, xeyir əməllərə səsləyən Məryəm surəsindən gətirdiyimiz iqtibasla başlamağımız əbəs deyil. Çünki mübarizə yolunda sınmayan, haqq uğrunda döyüşməkdən yorulmayan babalarımız axırda üzünü qarı düşmənə çevirib “Səni Allaha tapşırıram” deyərdilər.
Uzun, ala-qaranlıq bir dəhliz təsəvvür edin, elə bir dəhliz ki, divarlardan 16 nəfər qələm adamının şəklini qara haşiyəyə salıb asıblar, göz dağı kimi!
Bir idarə təsəvvür edin, rəhbər öz işçilərinə hədə-qorxu gələrək deyir ki, “elə eləməyin ki, sizin şəklinizi divardan asdırım”, Əzrayıl kimi!
Bir rəhbər təsəvvür edin, dövlətin verdiyi kürsüdə özünə 20 illik yuva qursun və bu iki onillikdə kollektivinin 16 nəfərini çərlədərək o dünyalıq etsin, bir o qədərini infarkt həddinə çatdırıb işdən qovsun, yerdə qalanlarının da boğazına bir tikə çörəyin çatısını keçirsin, Neron kimi!
Bir qələm adamı kimi özünü cəmiyyətə təqdim edən tapın ki, pul yığır, var-dövlətini, sərvətini artırır, ölməyəcəyini düşünür – “Ölməz Koşşey” kimi
Belə zalımı Allaha tapşırmayıb, neyləyəsən?!
Bu dəhşətlərin harada baş verməsi sizə sual doğurdu? Hər halda kimdə sual doğursa da, yuxarıdakı cümlələri oxuyan jurnalistlər söhbətin kimdən və hardan getdiyini yaxşı bilir. Çünki bütün bu əndazəsini aşmış rüsvayçılıqların bir ünvanı var – Üzeyir Hacıbəylinin rəzil gününə salınmış “Azərbaycan” qəzeti və onun “ölməz Koşşeyi” Bəxtiyar Sadıqov!
Fevralın 14-də peşəsinə biganə qalmayan əksər jurnalistlər bu “ölməz Koşşeyi” bir daha lənətlədi, əxlaqdan və siyasi düşüncədən uzaq bircə cümləsinə görə tənqid atəşinə tutdular.
Nə idi o cümlə? “Dövlətləri, prezidentləri, sıravi vətəndaşları daha da doğmalaşdıran fəlakət”!!! Və bu cümlə baş redaktorun məqaləsinin başlığıdır. Və qəzetin 1-ci səhifəsində verilib. Və bu cümlənin yuxarısında Azərbaycan və Türkiyə Prezidentlərinin, Birinci Xanımlarının şəkili yerləşdirilib! Və söhbət qardaş Türkiyədə baş vermiş təbii fəlakətdən gedir. Bu ağlını itirmiş boş (bəli, düz oxudunuz məhz BOŞ) redaktorun düşüncəsinə görə fəlakət bizi doğmalaşdırıb, yəni yaxşı ki, qardaş Türkiyədə zəlzələ oldu və iki ölkənin rəhbərləri, xalqları daha da doğmalaşdılar. Elə dünəndən bəri sosial şəbəkələrdə jurnalistlər də bu sualları özlərinə verirlər: fəlakət, hansı fəlakət – Dövlətləri, prezidentləri, sıravi vətəndaşları daha da doğmalaşdıran fəlakət!!! Bunu oxuyan yüzlərlə sosial media istifadəçisi sadəcə bir söz yazdı – Ayıbdır!
Ayıbdan, əxlaqsızlıqdan və siyasi məsuliyyətsizlikdən əlavə burada Bəxtiyar Sadıqova məxsus genetik naqislik də var. Bu adam öz kollektivində adamları çərlədib öldürür və başqasının ölümünə sevinir. 20 ildi baş redaktorluq etdiyi redaksiyada 16 nəfər jurnalist rəhmətə gedib, az qala hər ilinə bir nəfər düşür.
Bu adam işçilərinin üstünə qışqırır ki, “elə eləməyin sizin də şəklinizi divardan asım”. Başqasının ölümünə sevinən adam bütöv bir ölkənin fəlakətini də sevinclə qarşılayır, bunu da özünə qənimət bilir.
Bunun əməllərindən nə qədər yazmaq olar? Özünə müavin və varis təyin etdiyi İxtiyar Hüseynli 5-6 ay bundan qabaq Vasif Talıbovu vəsf eləyən kitab çap elətdirib, adını qoyub “Naxçıvan həqiqətləri”, kitab başdan-ayağa Vasifnamədir. İxtiyar biixtiyar olaraq özünün mənfi cəhətləri ilə həmkarlarının ürəklərini bulandırır, “Qarğış dərvişi” kimi ad qazanıb. İxtiyarı tanıyan, onunla işləmiş qələm adamları bəddualar içində batan şəxsin adını eşidəndə üz-gözünü turşudur, “Çox dəhşətli adamdır” deyib biixtiyarın təyinatını verirlər.
Yeri gəlmişkən, hələ keçən ilin oktyabrında “Azərbaycan” qəzetinin ölkənin rəsmi şəxslərinin adından plagiat yazılar verməsi qalmaqalı bu gün də müzakirə olunur. Bu fakt hələ də ölkənin mətbuat tarixində rast gəlinməmiş biabırçılıq hesab olunur. Özü də oktyabr ayında Cənab Prezidentin hakimiyyətə gəlməsinin növbəti ildönümü münasibəti ilə səhifə-səhifə plagiat yazılar… Dəhşətli idi.
Rəsmi dövlət qəzeti rəsmən reket mətbuat üsulunda işləyir və bunu bilməyən qalmayıb.
İndi də Azərbaycan və Türkiyə liderlərinin şəklini qəzetin 1-ci səhifəsində yerləşdirərək fəlakətin bizi doğmalaşdırdığını yazır, Öz təbirincə, onun düsturunu ifadə edir.
Maraqlıdır, Ramiz Mehdiyevə cild-cild kitablar yazmasından, Əli Həsənova mirzəlik eləməsindən qürurla danışan, bağıraraq fəxr etdiyini hayqıran Bəxtiyar Sadıqov daha nə etməlidir ki, məmləkətimizn adını daşıyan qəzeti hörmətini yerlə bir eləsin.
“Kişi baz olar” deyən Sadıqovdan daha hansı bəyanatlar eşitmək istərdiniz, cənablar?! Yəni bunu anlamaq o qədərmi çətindir, Bəxtiyarlı, İxtiyarlı “Azərbaycan” qəzeti dövlətin rəsmi ideologiyasına ləkədir və keçən hər gün bu ləkənin miqyasını daha da böyütməkdədir.
İndi sualı belə qoyaq – bəs bu adam daha nə etməlidir ki, onu Allaha tapşırmayaq!
KONKRET.az
Paylaş:
Müəllif : Fuad
Tarix:16-02-2023, 13:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər