Talıbovların 20 il əvvəl Naxçıvanda zorla ələ keçirdikləri obyekt əsl sahibinə nə vaxt qaytarılacaq? - VƏTƏNDAŞ SORUŞUR...
Bakı şəhəri Nərimanov rayonu, Aşıq Alı küçəsində yaşayan Məmmədova Gülsüm Əsgər qızı tərəfindən
başda Prezident İlham Əliyev olmaqla bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə də müraciət unvanlayıb. Müraciət edən xanım 2003-cü ildə Vasif Talıbov və qardaşı, Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyaan Məhərrəm Talıbov tərəfindən zorakılıqla ələ keçirdikləri Naxçivan şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən və həyat yoldaşım Məmmədov Vahid Rza oğluna məxsus olan “Təbriz” (indiki “Zümrüd”) restoranının ailələrinə geri qaytarılmasının təmin olunmasını tələb edir.
Aktualinfo.org vətəndaş Gülsüm Məmmədovanın müraciətini olduğu kimi təqdim edir:
Xatırlatmaq istərdim ki, Naxçivan Muxtar Respublikasında Talıbov Vasif və Məhərrəm qardaşlarının törətdiyi cinayətlərin sayı-hesabı yoxdur və olmayacaqdır da. Bu dəstənin əlindən əziyyət çəkən Naxçıvanda yaşayan minlərlə ailələrdən biri də bizim ailəmiz olub. Belə ki, 1957-ci ildə Naxçivan şəhərində anadan olmuş həyat yoldaşım Məmmədov Vahid Rza oğlu 1984-cü ildə Heydər Əliyev prospekti 17-də tikilib istifadəyə verilmiş “Təbriz” hotelinin yanındakı “Təbriz” restoranında 1983-cü ildən 1989-cü ilə kimi əsas işçisi kimi sənədləşdirilərək işləmiş, daha sonra isə1990- 2003-cü ilin dekabrın 26-dək tək sahibi olmuşdur. Vahid “Təbriz” restoranını yenidən qurmuş, bütün lazım olan avadanlıqlarla, mebellərlə, xalçalarla tam təchiz etmişdir. 1993-cü ilədək restoran kimi fəaliyyət göstərsə də, 1994-2004-cü ilədək bu restoran Naxçivan şəhərində ən böyük ( 600 yerlik ) şadlıq evi kimi də fəaliyyətini davam etdirmişdir.
Vahidin restoranı 1990-1993-cü illər ərzində Ulu Öndərin şəxsi tapşırığı əsasında Naxçivana gəlmiş rəsmi qonaqlara da xüsusi xidmətlər göstərmişdir, tədbirlərin keçirilməsinə şərait yaratmışdır. Bunun üçün Vahid müəllim Almaniyadan dəyəri 20000 dollara olan xüsusi çılçıraqlar, İrandan ən böyük ölçülü, bahalı xalılar, Rusiyadan böyük gücə malik generatorlar, avadanlqlar gətirib şadlıq evini təchiz etmiş, zənginləşdirmişdir. Elə həmin şadlıq evində Vasif Talıbovun bacısının, qardaşının da toy məclisləri təşkil edilmişdir. Lakin çox təəsüflər olsun ki, 2003-cü ilin dekabrın 26-da növbəti toy mərasiminin keçirilməsinə hazırlıq görüldüyü zaman Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov bir dəstə qolu zorlu qoçularla şadlıq evinə daxil olaraq işləri dayandırmış və şəxsi heyətin dərhal restoranı tərk etmələri tələb olunmuşdur. Qapılar içəridən bağlanmış və Məhərrəmin 10 nəfərlik quldur dəstəsi soyğunçuluğa başlamışdır. Yəni, seyfdə olan bütün sənədlər, pul, şəxsi əşyalar yağmalanmış və bu günə qədər qaytarılmamışdır. Elə həmin günü quldur dəstəsi restoranın bütün qapılarının kilidlərini dəyişmiş, təyin etdikləri özlərinə məxsus mühafizəni gücləndirmişlər. Təlaşa düşən restoran işçilərinə və kimsəyə heç bir açıqlama vermədən zoraçılıqla şadlıq evini ələ keçirmişlər.
Xatırladaq ki, uzun müddət Vahid Məmmədov “Təbriz” restoranını işlətdiyinə görə Naxçıvanda bütün sakinlər tərəfindən o “Təbriz Vahid” ləqəbilə tanınırdı. Belə bir zoraçılıq və əmlakının Talıbovlar tərəfindən ələ keçirilməsindən sonra 2004-cü ilin əvvəlində ona edilən müxtəlif təzyiqlərdən sonra Vahid Məmmədov evini-eşini tərk edərək Naxçivandan Bakıya köçməli olmuşdur. Bu dəhşətli hadisədən sarsılan Vahid ürək əməliyyatı keçirmiş, şəkər xəstəliyinə tutulmuşdur. Vahidə təzyiqlə onun Naxçivanda yerləşən ata yurdu olan evini də məcbur edib dəyər dəyməzinə satdırmışlar ki, bir daha Naxçivana qayıtmaq fikrinə düşməsin. 2016-cı ilin əvvəlində Vahid qəfil olaraq 59 yaşında dünyasını dəyişmişdir.
Çoxhörmətli, cənab Prezident Bir daha nəzərəinizə çatdırmaq istəyirik ki, ailəmizin büdcəsi və uzun müddət sahibkarlıq fəaliyyəti zamanı əldə etdiyi və qurub yaratdığı “Təbriz” restoranının genişləndirlməsi, təchizatı, işçilərin saxlanması, təmiri, və s. işlərin görülməsi üçün qurub yaratdığı bir obyektin Talıbov Vasif və Məhərrəm tərəfindən heç bir səbəb göstərilmədən zoraçılıqla əlindən alınması ailəmizə məxsus şəsxi mülkiyyətə və mənəviyyata qəsb hesab olunur.
Biz Vahidin ailəsi olaraq 25 dekabr və 5 fevral 2023-cü ildə şikayət ərizəsilə respublikanın yuxarı direktiv orqanlarına təkrar müraciətlər edərək tədbir görülməsini xahiş etmişdik. Sağ olsunlar DTX-dan maraqlanıblar. Bir neçə gün əvvəl isə Naxçıvan Məclisindən və Prokurorluğundan zəng edib məsləni müzakirə ediblər. Doğrudur, orqanların bu istiqamətdə işlər gördükləri bildirilmişdir. Və qeyd edilmişdir ki, aparılmış arxiv araşdırmaları zamanı da bir daha sənədlər üzrə təsdiqini tapmışdır ki, sözügedən “Təbriz” rəhmətlik Vahid Məmmədovun balansında olmuş, xidmət göstərmişdir. Ona görə də bizim də ailəmiz bir daha Sizlərə müraciət edərək xahiş edirik ki, Vahidə məxsus olan əmlaklar, sənədlər, bina ,son 18 ildə əldən çıxmış fayda hamısı Məhərrəm Talıbovun və ya ona yaxın adamların adından çıxarılaraq bizə təhvil-təslim edilsin. Biz də insan kimi öz əmlaklarımızdan istifadə etmək istəyirik. Talıbov quldurlarının bazarına son qoymaq, obyektin fəaliyyətini təcili dayandırmaq və qapılarını möhürləmək lazımdır ki, istintaq başa çatan kimi əmlaklarımız olduğu kimi bizə qaytarılsın.
Çoxhörmətli cənab Prezident! Sizdən çox xahiş edirik ki, “Təbriz” – indiki “Zümrüd” restoranının Talıbovlardan (simasız quldurlardan) alınaraq ailəmizə qaytarılması üçün DTX rəisi cənab Əli Nağıyevə, Naxçıvan MR-nda fəaliyyət göstərən Xüsusi Nümayəndəniz olan cənab Fuad Nəcəfliyə və Naxçıvan MR-nın Prokuroruna göstəriş verəsiniz ki, sübuta yetirilən və təsdiq edilən araşdırmanın nəticəsi olaraq bu illər ərzində ailəmizə dəymiş maddi və mənəvi ziyan tam ödənilməklə, obyekt ailəmizin mülkiyyətinə təcili olaraq qaytarılsın. Əvvəlcədən ailəmizin adından bir daha minnətdarlığımızı bildiririk.
Aktualinfo.org
Paylaş:
Müəllif : Fuad
Tarix:16-02-2023, 13:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər