Masallıdan şikayət var: Sakinlər Araz Əhmədovdan kömək istəyir
Masallının Sıgincaq kənd sakinləri rayonun icra başçısı Araz Əhmədovdan kömək istəyir.
AzToday.az xəbər verir ki, sakinlər 7 min əhalisi olan Təklə icra nümayəndəliyinin və bələdiyyənin fəaliyyətsizliyindən şikayətlənir. Xüsusi ilə icra nümayəndəsi Tural Bəşirovun fəaliyyətinin narazılıq yaratdığını bildirirlər. Sığıncaq sakinlərinin sözlərinə görə, 2500 əhalisi olan kəndin arxa tərəfində mal-qaranın üçün ayrılmış örüşün yolu zəbt olunub. Belə ki, Zaidov Asim Eynulla oğlu tərəfindən örüş yolu dəmir hasara salınıb.
Sakinlərin etirazına baxmayaraq, örüş yoluna 100 metr uzunluğunda hasar çəkilib. Kənd sakinlərinin iddiasına görə, icra nümayəndəliyi və bələdiyyə buna görə, 1500 manat alıb. Narazı kənd sakinləri bələdiyyə sədri Pərvin Eyniyevlə əlaqə saxlayıb, özbaşnalıqla baölı tədbir görülməsini tələb ediblər. Bələdiyyə sədri bildirib ki, onun bu işdən xəbəri yoxdur.
Sakinlər örüş yolunun hasarlanmasında əsasən icra nümayəndəsi Tural Bəşirovu günahlandırırlar. Əvvəllər bələddiyə sədri olan Tural Bəşirovun indi də bələdiyyənin idarə olunmasında əsas söz sahibi olduğu da yayılan məlumatlar sırasındadır. Sakinlər bildirir ki, Masallının əvvəlki icra başçısı Şahin Məmmədov Tural Bəşirova yol verdiyi nöqsanlara görə, töhmət veribmiş.
Buna baxmayaraq, Tural Bəşirov elə əvvəlki qaydada fəaliyyətini davam etdirir.
Sakinlər Masallının yeni icra başçısı Araz Əhmədovdan xahiş edirlər ki, Təklə icra nümayəndəsi ilə bağlı tədbir görsün və kəndin örüş yolunun bağlanmasının qarşısını alsın…
Paylaş:
Müəllif : Fuad
Tarix:21-02-2023, 09:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər