KREATİV nazirdən indi Misir Mərdanovun QOXUSU GƏLİR... - BU NƏDİ BELƏ?
Vətəndaş şikayəti (bu mövzuda şikayətçilərin sayı yüzlərlə olduğu üçün bir nümunəni paylaşıram. Hamısı eyni səpkilidir).
Yanvarin 27-si Sumqayıt şəhərində Elm və Təhsil naziri Emin Əmrullayevin qəbulu keçirildi.
Əslində isə qəbul adına tam bir Rəzalət idi bu! Şikayətçiləri 1-ci mərtəbədəki akt zalına toplayıb, "filtrasiya"ya başladılar. Öz adamlarını qəbula buraxıb, qalanlarını gözlətdilər. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları və Nazirliyin bəzi əməkdaşları xüsusi canfəşanlıq göstərməklə, müxtəlif bəhanələr uydurmaqla, özlərinə "təhlükə" kimi gordukləri əsas şikayətçiləri, o cümlədən məni və həyat yoldaşımi - Qazi Zabitin ailəsini - qəbula buraxmadilar.
Gündəminfo.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb.
Ekspert daha sonra yazır: "Saat 15:00 radələrində isə eşitdik ki, cənab Nazir çıxıb gedib. Mahiyyətcə isə heç kimə fərq qoymadan, hamını barmaqlarına dolayıb, ələ saldılar. Cənab Nazir çıxıb getməzdən öncə, 2-ci mərtəbədə foyedə qəbula növbə gözləyən təixminən 7-8 vətəndaşı, "cənab Nazir nahar edir" bəhanəsi ilə bir otağa salib, qapını bağladılar və onun məkanı rahatca tərk etməsini təmin etdilər. Onun gedişindən sonra isə necə bir həngamə başladı, qəbulda gözləyən məyus vətəndaşlar necə protest edib,nazirliyin işçiləri protest edənlərə qarşı nazirlik işçisi adına əsla yarasmayan tərzdə necə kobudluq və hörmətsizlik sərgilədilər, vətəndaşları, o cümlədən məni günahkar çıxartmaq və aşağılamaq məqsədilə asayişi qoruyan polislərlə vətəndaşlar arasında qarşıdurma yaratmaq üçün necə təxribat törətdilər, lakin polislər yüksək mədəniyyət, təmkin və ləyaqət nümayiş etdirərək bu təxribata getmədilər (buna görə də onlara ayrıca təşəkkür düşür),nazir müavini Eşqi Bağırovla görüşməkdən imtina etdilər - yəqin ki, cənab Nazirin bütün bunlardan xəbəri olmadı. Xəbəri oldu, ya olmadı, bunu biz bilməyəcəyik. Bəlkə də cənab Naziri, "Qəbulda daha adam qalmadı", deyə aldadaraq, yola saldılar, amma bunu da biz bilməyəcəyik. Bir sözlə, bu, Abşeron-Xızı Regional Təhsil İdarəsi rəhbərliyinin ciddi surətdə düşünülmüş, hazırlanmış, planlaşdırılmış və "peşəkarcasına" həyata keçirilmiş tam bir "tədbirlər kompleksi" idi, "müqəddəs" Vəzifə Kürsülərini müdafiə adına. Mənə görə isə Böyük Rəzalətdən başqa bir şey deyildi..."
Maraqlıdır ki, Emin Əmrullayevin bir nazir olaraq rəsmi qəbulunda baş verən narazılıqlarla bağlı GUNDEMİNFO.AZ-a da müraciətlər daxil olub. Lakin bu günə qədər Elm və Təhsil Nazirliyindən narazılıqlara dair heç bir cavab və ya reaksiya verilməyib. //GUNDEMİNFO.AZ//
Paylaş:
Müəllif : Fuad
Tarix:21-02-2023, 11:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər