Vətəndaşlar özəl xəstəxanalardakı bahalıqdan narazıdır - Video
Vətəndaşlar xüsusilə özəl tibb müəssisələrində analizlərin qiymətlərinin yüksək olmasından narazıdırlar. Bəzən adi analizlər bir xəstəyə yüzlərlə manata başa gəlir. Problem təkcə bununla da bitmir. Bir çox hallarda bir özəl xəstəxananın analiz nəticələrini digərləri qəbul etmir və bu da pasiyenti əlavə xərcə salır.
RegionXəbərləricom.az Xezerxeber.az-a istinadla xəbər verir ki, mövzuya münasibət bildirən millət vəkili Fazil Mustafa deyir ki, bu problemlərin birdəfəlik həlli üçün Azərbaycanda səhiyyə sistemi, xüsusilə icbari tibbi sığorta məsələsi tam təkmilləşdirilməlidir. Vətəndaşların yalnız dövlət xəstəxanalarında deyil, özəl xəstəxanalarda da ödənişsiz analizvermə imkanları daha da genişləndirilməlidir.
Millət vəkili onu da qeyd etdi ki, hazırda təchizat baxımından bu gün bəzi dövlət tibb müəssisələrində ciddi problemlər var. Üstəlik, həmin xəstəxanalarda arzuolunan şərait də yoxdur.
Millət vəkilinin fikrincə, icbari tibbi sığorta sisteminin təkmilləşməsi vətəndaşların işlərini daha da asanlaşdıracaq. Həmçinin özəl tibb müəssisələri arasında sığorta ilə gələn xəstələrin müayinə edilməsi baxımından rəqabət də artacaq.
F.Mustafa əlavə etdi ki, bu məsələni Milli Məclisdə qaldıracaq və həlli üçün lazımi addımlar atılacaq.
Ətraflı videomaterialda:
Paylaş:
Müəllif : Fuad
Tarix:24-02-2023, 08:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər