reklam
Regionxeberlericom.az » Gündəm » Ali Məhkəmənin sədri 2 ildir QANUNSUZ İŞLƏYİR - Tanınmış vəkildən İTTİHAM

reklam

Ali Məhkəmənin sədri 2 ildir QANUNSUZ İŞLƏYİR - Tanınmış vəkildən İTTİHAM

Bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayevin 70 yaşı tamam olur. Elə bu gün də səlahiyyət müddəti bitir. Əslində, səlahiyyət müddəti 2 il əvvəl bitmişdi, çünki qanuna görə Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. Sadəcə 5 il müddətinə təyin olunduğu üçün qanuna zidd olaraq 2 il də sədrlik etdi. Bu qanunsuz 2 il ərzində məhkəmə-hüquq islahatlarının “tormoz”u olması ilə yanaşı Ali Məhkəmənin saxta erməni-bolşevik 100 illiyinin qeyd edilməsi ilə xüsusi yadda qaldı.

Ona yaxşı xəbərim var: Konstitusiya Məhkəməsi həmin “yubiley” haqda qanundan verdiyim şikayəti icraata qəbul etmədi (qərardadı dərc edirəm). Ona görə yox ki, həmin qanun düzgündür. Ona görə ki, Konstitusiya Məhkəmənin qənaətinə görə həmin qanun bilavasitə mənim hüququmu pozmayıb: “fərdlərin normativ hüquqi aktlar üzərində abstrakt nəzarətin həyata keçirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ milli qanunvericilikdə nəzərdə tutulmamışdır”.

Mübahisə edə bilərdim, amma etməyəcəyəm. Olsun! Qoy bu, Ramiz müəllimə yubiley hədiyyəsi olsun. Həm də ki, Türkiyədə zəlzələ baş verən gündə o, “yubiley” medallarını paylayarkən demişdim ki, artıq etiraz etmirəm: həqiqətən bizim mövcud Ali Məhkəmə elə bolşeviklərin (ilk sədrləri Dövlətyanın) xələfidir, deməli, 100 illiyi qeyd etmək də ona tam uyğundur. Allahın izni ilə Ali Məhkəməmiz doğrudan da Ədalət məhkəməsi olandan sonra tarixini 1918-ci ildən hesablamağa başlayarıq. Hələlik isə buna haqqımız yoxdur. İlk Cümhuriyyətimizin qurucu atalarına hörmətsizlik olardı.

Bu gün isə Ramiz müəllimi (bilirəm ki, mənim statuslarımı həvəslə oxuyur!) öz yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür arzulayıram. Çox yaşasın və Azərbaycanda hüquqi dövlətin təntənəsini görsün. Həmçinin Ali Məhkəmənin həqiqi yubileylərinin də qeyd olunmasını görsün. Allah ona bu dünyada və axirətdə niyyəti və əməllərinin tam əvəzini versin!


Əkrəm Həsənov - DİA.AZ







Paylaş:


Müəllif : Tarix:
25-02-2023, 11:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər