Goranboy sakininin Sosial Yardım DƏRDİ - "Dedilər ki, bankla bağlı bir problem deyil..."
Goranboy rayonu Baxçakürd kənd sakini Hüseyn Hüseynova sosial yardım təyin edilsə də, ala bilmir. Bu haqda şikayətçi özü Toplum TV-nin qaynar xəttinə yazıb. H. Hüseynov ünvanlı sosial yardım üçün kartına üç aylıq məvacib köçürülsə də, həmin pula “stop” qoyulduğunu qeyd edir.
“Sosial vəziyyətimiz olduqca ağırdır. Çox çətinliklə dolanırıq. Buna görə də ünvanlı sosial yardım ala bilmək üçün sənədləri toplayıb müraciət etdik. Gəlib evimizə, yaşayış şəraitimizə baxış keçirildikdən sonra müsbət cavab aldıq. 2022-ci ilin dekabrında bizə sosial yardım təyin edildi. Sosial yardım təyin edildikdən bir ay sonra, yəni yanvarda təkrar evimizə baxış keçirildi. Həmin ərəfədə babam öz mal-qarasını bizim həyətin arxasına salmışdı. Onu soruşdular, izah etdim. Yoldaşım xəstə olduğu üçün bibisi bizə gəlmişdi. Həmin şəxsin də qonaq olduğunu bildirdim. Bundan sonra heç nə deməyib getdilər”.
H. Hüseynov ünvanlı sosial yardım təyin olunması ilə bağlı mesaj alsa da, kartın gəlməsi ilə bağlı hansısa mesaj almadığını deyir.
“2023-cü ilin fevral ayında 196 nömrəli qaynar xəttə zəng edib oyrəndim ki, kartım gəlib. Gedib Goranboy rayonundan kartımı alıb bankomata salanda gördüm ki, kartımda 1489 manat 35 qəpik pul var. 3 aylıq müavinət salınıb. Ancaq nə qədər etdimsə, çəkə bilmədim. Yenidən banka üz tutub niyə pulu ala bilməməyimlə maraqlandım. Dedilər ki, bankla bağlı bir problem deyil. Goranboy rayon sosial fonda müraciət etdim. Dedilər ki, hesaba stop qoyulub. 5-6 günə açılar. Ancaq açılmadı”.
Şikayətçi deyir ki, hesabına niyə blok qoyulduğu bardə ona heç bir məlumat verilməyib”.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Toplum TV-nin sorğusuna cavab olaraq bildirdi ki,vətəndaşa əvvəlcə sosial yardım təyin edilsə də, təkrar yoxlama zamanı yardımçı təsərrüfatı düzgün göstərmədiyi üçün imtina verilib:
“Goranboy rayon sakini Hüseynov Hüseyn Arzu oğlunun ünvanlı dövlət sosial yardımına müraciətinə əsasən ailəyə yardım təyin edilsə də, təkrar monitorinq yoxlaması zamanı ailənin yardımçı təsərrüfat barədə məlumatları düzgün göstərməməsi səbəbindən yardımdan imtina edilib”.
Toplum TV
Paylaş:
Müəllif : Fuad
Tarix:1-03-2023, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər