reklam
Regionxeberlericom.az » Gündəm » "Xahiş edirik, bizim şikayətimizi Elşad Həsənova yönləndirməyin..." - ONSUZ DA İCRA ETMƏYƏCƏK...

reklam

"Xahiş edirik, bizim şikayətimizi Elşad Həsənova yönləndirməyin..." - ONSUZ DA İCRA ETMƏYƏCƏK...












Bakı Şəhəri N.Narimanov pr. 201, 203 saylı evlərdə yaşayan sakinlər adınadn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevə müraciət ünvanlayıblar. Bir nüsxəsi də dia-a daxil olan müraciətdə deyilir:

"Yazıb bildirmək istəyirik ki, bu artıq Prezident Administrasiyasına və digər dövlət qurumlarına, deputatlara və digər şəxslərə ünvanladığımız 3 məktubdur. 2022-ci ilin noyabr ayında N.Narimanov pr. 201, 203 evlərdə və İnşaatçılar pr. 28 yaşayan sakinlərin kollektiv məktubunu 30 müxtəlif quruma göndərmişdik . Prezident Administrasiyasında cənab Z.Nəğdəliyevin müavini ilə danışılıb. Deyildi ki, həyətin işi tapşırılacaq Yasamal İH başçısı E. Həsənova. Xahiş edildi ki, Elşad müəllimə tapşırılmasın, çünki, iki dəfə sakinlər özləri müraciət ediblər və bir dəfə də 2021 ildə Arif Qaraşovun göstərişi ilə həyətin şlaqbaumu qırılanda Prezidentə məktubla müraciət edəndən sonra Bakı ş.İH işin icrasını tapşırmışdı Elşad Həsənova. Bu müracıətlərin hamısı icrasız qalmışdır. Elə bu axırıncı müraciətimiz kimi.

Bu müraciətlərdən sonra bir müsbət dəyişiklik olmayıb sakinlərin xeyrinə. Əksinə, binanın zirzəmisi satılıb. İki aydan çox idi ki binanın zirzəmisini qazırdılar, 2-ci blokdan 5-ci bloka kimi. Qonşular qorxurdular bina köhnə olduğundan çökər. Bizə heçnə demədən işləri aparırdılar, demirdilərdə nə edirlər. Qonşuların şıkayətindən sonra orada işlər dayandırıldı. Təzədən qayıdıb gəlməsələr yaxşıdır. Zirzəmi əvvəldən bomba sığınağı kimi nəzərdə tutulub və qaz, su və başqa mühəndis boruları oradan keçir, onun üçün zirzəmi daima açıq qalmalıdır. Oranı obyekt kimi satmaq olmaz! Hal hazırda zirzəmi 1 metrəyə kimi qazınıb, elə də qalıb.

Həyətin ərazisindən isə “XXІ əsr” özəl məktəbin maşınları necə prospekt əvəzi istifadə edirdilərsə elə də istifadə edirlər. AFB bankın işçilərinin maşınlarıda həmişəki kimi bütün gün ərzində həyətin ərazisindədilər, yanlarında 3 tayanacaq yeri ola-ola.

Bizim həyətə şlaqbaum qoyulmasa, vəziyyət düzəlməyəcək. Məktəbin 24 saat mühafizəçisi var. Pultun biri verilsin onlara bir tərəfdəndə onlar qoysunlar şlaqbaumu, özləri də nəzərət etsinlər. Ancaq həyətin ərazisindən kənar maşınları buraxmasınlar. A. Qaraşov bəyəm birinci dəfədən sakinlər ilə onun yanına gedəndə şlaqbaumu qoya bilməzdi? Niyə sındırdı sakinlərin şlaqbaumunu? Öz hökmranlığını burada göstərməkdən ötrü. Çünki belələri üçün insan adam deyil, ölkə isə vətən!

Dövlət orqanlarından gəlib baxıb gedirlər. Ancaq heç bir iş icra olunmur. Məktəbin lisenziyasını İqtisadiyyat Nazirliyi verib, nəzarəti isə Elm və Təhsil Nazirliyi etməlidir. İndi atırlar bir birinin boynuna. Elm və Təhsil Nazirliyi tərəfindən heç qabula da yazmırlar ki, özəl məktəblər bizim tabeliyimizdə fəaliyyət göstərmir. Bu lisenziya sizin rəyiniz əsasında verilib, nəzarət olmayacaqdısa niyə verirdiniz?

Əmlak komitəsindən nümayəndə gəldi və əraziyə baxmadan getdi. Dedi məktəbin orada 30 sot ərazisi var. 30 sot ancaq məktəbin fundamenti, ya ümumi sahəsi olar. Ancaq 2022 ilin yayında məktəb sakinlərə aid olan bağ sahəsini təmir edib, qatıb məktəbin ərazisinə. Sonradan zəng olunub onlara, deyilib ”gəlin dəqiq ölçün”. Dedilər:”Aparatları gətirib dəqiq ölçəcəyik”. Lakin hələ də , gəlməyiblər.İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət xidmətindən aldığımız məktubda deyilir: “ Sözügedən torpaq ərazisi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1998 –cı ildə “Fərhad-92” şirkətinin daimi istifadəsinə ayrılmışdır”. Sənətdə deyilmir hansı sahədən söz gedir? 1998 ildən 2022 orada neçə dəfə genişlənmə olub. Həyət sahəsindən demək olar heçnə qalmayıb. Ən əsası, nə ixtiyarla 6 binanın sakinlərinin istifadəsinə verilən bağ sahəsi bir insanın biznes maraqlarına qurban verilməlidir? Məktəbi balaca, insanların sıx yaşaığı ərazidə, yolun kənarında və yaşıllığı məhv edərək tikilməsi birinci gündən məntiqsiz idi. Məktəbin binası tikilən zaman sakinlərə deyilmişdiki orada uşaqlar üçün rəssamlıq qalereyası tikiləcək, məktəb yox! Buna baxmayaraq insanlar bacardığı müqaviməti göstəriblər, ancaq o zaman A.Qaraşov vəzifə başında idi. Nə edə bilərdilər?

Qonşular neçə dəfə zəng ediblər DİN qaynar xəttinə maşınların həyətin ərazisindən keçməsi ilə bağlı. DİN tapşırır Bakı DYP-sinə onlar Yasamal DYP, iş helədə qalır. Sakinlərdən Yasamal DYP gediblər, onlar heçnə etmək belə fikirləri yoxdur. Heç bir dövlət qurumu işləmir. Axı bu torpaq sahəsi dövlətin, xalqın sərvətidir. Niyə belə yarıtmaz fəaliyyət göstərirlər? Ətraf insanlar isə deyirlər A.Qaraşov qoymur. Niyə pula görə insanları verirsiniz bu məmurların ayağına?

80 nəfərin imzası ilə Sizə məktub ünvanlanıb. Bu 80 nəfərin ümüdləridir...

Qaldı ki, bu məsələnin qanuni tərəfinə bundan əvvəl ki məktublarımızda ətraflı yazmışığ. Qanunları siz bizdən də yaxşı bilirsiniz, ancaq kimin üçünsə qanunlar işləyir kimin üçünsə yox".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...




Paylaş:


Müəllif : Tarix:
2-03-2023, 11:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər