reklam
Regionxeberlericom.az » Gündəm » Nurlana Əliyeva 6 ay müddətinə həbs edilə bilər - AÇIQLAMA

reklam

Nurlana Əliyeva 6 ay müddətinə həbs edilə bilər - AÇIQLAMA
















Bakı Slavyan Universitetinin (BSU) sabiq rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyeva ötən gün keçirilən məhkəmə prosesinə gəlməyib.

Bununla artıq o ikinci dəfədir ki, məhkəməyə gəlməkdən imtina edir.

Bu halda sabiq rektoru hansı cəza gözləyir?

Hüquqşünas Şamil Paşayev Bakupost.az-a açıqlamasında bildirib ki, əvvəlcə məhkəmə tərəfindən məhkəməyə çağırış məktubu göndərilməlidir.

“Çağırışdan imtina edilərsə, məhkəmə tərəfindən məcburi gətirilmə haqqında qərar qəbul edilməlidir. Həmin qərar icra edilməsi üçün polis idarəsinə göndərilir. Polis idarəsindən polis əməkdaşı təyin olunur. Çağırılan şəxsin yeri müəyyən olduqdan sonra onun gətirilməsi ilə bağlı tədbir görülməlidir. Şəxs polis əməkdaşları tərəfindən məhkəməyə gətirilməlidir”.

Hüquqşünas yalan ifadə və ifadədən boyun qaçırmanın məsuliyyət yaratdığını da bildirib:

“İfadə vermək şahidin vəzifəsidir. O dindirmə zamanı suallara ətraflı şəkildə cavab verməlidir. Şahid bilərək yalan ifadə verdikdə məsuliyyətə cəlb olunur. İfadə verməkdən imtina etdikdə isə 6 aya qədər azadlıqdan məhrum edilə bilər”.




Paylaş:


Müəllif : Tarix:
7-03-2023, 11:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər