reklam
Regionxeberlericom.az » Gündəm » Göyçayda abadlıq işi adı altında talançılıq edən kimdir ?- ŞİKAYƏT

reklam

Göyçayda abadlıq işi adı altında talançılıq edən kimdir ?- ŞİKAYƏT








Yazaraq bildirmək istəyirəm ki, Göyçayın abadlığı üçün dövlət tərəfindən ayrılmış vəsait lazımi şəkildə sərf edilmir. Belə ki, şəhərin göz önündə olan əraziləri asfalt örtüklə təmin olunsa da, mərkəzi küçələrin yaxınlığında yerləşən dalanlar və digər küçələrin təmir-abadlıq işləri ört basdır edilir. Bu cür abadlaşdırma işlərini üstü bəzək, altı təzək adlandırmaq daha doğru olardı. Şəhərin Heydər Əliyev prospektində dalana vurulan "möhtəşəm" yamaq asfalt göz qamaşdırır. Vurulan asfaltlara baxanda onu, xəstəyə prob qoyaraq allergiya olub-olmayacağını gözləyən tibb işçiləri ilə müqayisə etməyim gəlir.  Göyçay rayonunda vurulan yamaqlı asfalt örtüyü görəndə mənə uşaqlığımı xatırladır. Çünki uşaqlıq çağlarımda hamıda olduğu kimi, bizdə böyük maddi sıxıntılarla üzləşirdik. Nənəm corablarımıza yamaq vurar və "Ay bala, kasıbçılığın üzü qara olsun, yaman günün ömrü az olar, vaxt gələr hər şey düzələr İnşəallah" deyərdi. 

Prezident cənab İlham Əliyevdən,  Mehriban xanım Əliyevadan,  cənab Kamran Əliyevdən xahiş edirəm şikayətimdə göstərdiyim faktların yerində araşdırlıb ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.

RegionXəbərləricom.az

 




Paylaş:


Müəllif : Tarix:
9-03-2023, 09:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər