reklam
Regionxeberlericom.az » Gündəm » Sıra Ramiz Zeynalovda və Vahid Nuriyevdədir... - İDDİA

reklam

Sıra Ramiz Zeynalovda və Vahid Nuriyevdədir... - İDDİA


Yayılan xəbərlərdən aydın oldu ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub.

Məlumata görə, Mübariz Şahbazov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib. Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə DYP sistemində islahatların davam etdiriləcəyini qeyd edib.

Mənbənin DİA.AZ-a söylədikləri: "Sırada Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov və BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi Vahid Nuriyevdir. Onlar da qısa müddət ərzində vəzifələrini itirəcəklər".

Mənbəyə görə, proses sentyabr ayının əvvəllərinə qədər çəkə bilər.


Paylaş:


Müəllif : Tarix:
13-08-2019, 12:04
Sikayət   


loading...
Загрузка...