DTX Suraxanı məhkəməsinin ölmüş elan etdiyi terrorçunu tutub ölkəyə gətirdi
2023-cü ilin mart ayında İŞİD terror təşkilatının Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak edən üzvlərindən Salayev Şahin Yadigar oğlunun məhkəmə prosesi keçirilib.
Şahin Salayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işində bir sıra maraqlı məqamlar var.
Belə ki, 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ələ keçirilərək Azərbaycana gətirilən, Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Şahin Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan olunubmuş.
Hazırda “sənəd üzərində ölmüş” olan Şahin Salayev tutulduğu cinayət işi üzrə həbs seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, hakimin suallarını cavablandırmaqdan imtina edərək dünyəvi dövlətin məhkəmələrini tanımadığını deyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-03-2023, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər