reklam
Regionxeberlericom.az » Gündəm » Əhməd İsmayılov `HAMAM SUYUNA` REYTİNQ TOPLAYIR? - MEDİA şefinə kim TƏKBAŞINA QƏRAR imkanı tanıyıb?

reklam

Əhməd İsmayılov `HAMAM SUYUNA` REYTİNQ TOPLAYIR? - MEDİA şefinə kim TƏKBAŞINA QƏRAR imkanı tanıyıb?
















Jurnalistlər üçün tikilən və istifadəyə verilməsi gözlənilən üçüncü bina bu il media nümayəndələrinə verilməyə bilər.

Nazirlər Kabinetindəki mənbədən Meydan TV-yə verilən məlumatda belə deyilib.

Bildirilib ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbəri Əhməd İsmayılov bir müddət öncə Nazirlər Kabinetinə yazılı müraciət ünvanlayıb.

Ə.İsmayılov həmin müraciətində qeyd edib ki, binadakı mənzillər şəhid ailələrinə verilsin. Bununla da, MEDİA mənzillərin jurnalistlərə verilməsindən rəsmən imtina edib.

Məlumata görə, həmin mənzillər bu il may ayında – Heydər Əliyevin 100 illiyi ilə əlaqədar şəhid ailələrinə verilə bilər.

Məlumat üçün bildirilib ki, indiyədək Azərbaycanda jurnalistlərin istifadəsinə iki bina verilib. Bu minaların tikintisi və paylanılmasına ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu nəzarət edib. 2013-cü ildə jurnalistlərə verilən birinci, yəni 156 mənzildən ibarət 17 mərtəbəli yaşayış binasının tikintisinə 22 milyon manat vəsait ayrılıb. 2016-cı ildə jurnalistlərə verilən 17 mərtəbəli, lakin əvvəlkindən fərqli olaraq 255 mənzilli binanın tikintisinə 21 milyon manatın xərcləndiyi bildirilir. Bu mənzillərin tikintisində korrupsiyaya yol verildiyinə görə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru həbs olunub. İstifadəyə hazır olan 255 mənzilli 17 mərtəbəli üçüncü bina ilə bağlı hələ ki heç bir qərar verilməyib.

Məlumata görə, Jurnalist Elçin Rəhimzadə isə üçüncü binadan mənzil gözləyən jurnalistlərin siyahısını açıqlayıb.

O bildirib ki, Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan jurnalistlər məsələ ilə bağlı Prezidentə müraciət ediblər.

Jurnalist müraciət edənlərin siyahısını da təqdim edib:

1. Məmmədli Bəxtiyar Feruz oğlu – Şəhid ailəsi (“Kaspi” qəzeti, müxbir)

2. Ağayev İlham Əli oğlu (İlham Tumas) – Müharibə veteranı (İctimai Televiziya, redaktor)

3. Bəbirov Rza İmran oğlu – Müharibə əlili (ATV, koordinator-prodüser)

4. Eyvazov Şöhrət Qulam oğlu – Müharibə veteranı (İctimai Televiziya, müxbir)

5. Salayev Nahid Mirsamid oğlu – Müharibə əlili (“Bakı-Xəbər” qəzeti, jurnalist, “Aria.az“, redaktor)

6. Məmmədli Yelmar Valeh oğlu – Müharibə veteranı (Baku TV, redaktor)

7. Əliyev Müseyib Siyasət oğlu – Müharibə veteranı (Space TV, texnik)

8. Əzizov Daşqın Mehdi oğlu – Müharibə veteranı (Offside Sport Media, direktor)

9. Məmmədov Mahal Şahniyar oğlu – Müharibə veteranı (Azərbaycan Futzal Federasiyasının mətbuat katibi)

10. Məmmədov Səbuhi Ədalət oğlu – Müharibə veteranı (“Report” İnformasiya Agentliyi, montajçı)

11. Məcidli Bəxtiyar İftixar oğlu – Müharibə veteranı (ATV, redaktor)

12. Cəfərzadə Orxan Azat oğlu – Müharibə veteranı (“Kəpəz TV”, müxbir)

13. Şərəfxanlı Nəsimi Çərkəz oğlu – Müharibə veteranı (Cümhuriyyət.az, baş redaktor)

14. Baxşəliyev Rəşad Fizuli oğlu – Müharibə veteranı (“Azərbaycan” qəzeti, redaktor)

15. Rəşidov Rəşad Valeh oğlu – Müharibə veteranı (İctimai Televiziya, müxbir)

16. Məmmədov Zaur Əhməd oğlu – Şəhid ailəsi (“Unikal Media Qrup”, baş redaktor)

Digər bir məlumata görə isə, MEDİA Agentliyi bir qrup şəhid və qazi ailəsi olan jurnalistin də həmin binadan mənzil almasını indiki şəraitdə məqbul sayıb. Çünki binanın jurnalistlərə verilməməsinin narazılığa səbəb olacağını düşünürlər.

Bildirilib ki, əslində, bununla da binanın faktiki jurnalistlərə deyil, şəhid və qazi ailələrinə verilməsini rəsmiləşdirə biləcəklərini nəzərdə tuturlar.

Əhməd İsmayılovun Nazirlər Kabinetinə belə bir müraciət göndərib-göndərmədiyini dəqiqləşdirmək üçün MEDİA-nın mətbuat katibi Səidə Şəfiyeva ilə əlaqə saxlanılıb.

Səidə Şəfiyeva öncə bildirib ki, bu məsələdən xəbərsizdir və dəqiqləşdirdikdən sonra məlumat verə bilər. Daha sonra isə deyib ki, Əhməd İsmayılov səfərdə olduğu üçün məlumatı dəqiqləşdirə bilməyib.

Agentliyin şöbə müdiri Natiq Məmmədli isə zənglərə cavab verməyib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da məsələni araşdırdıqdan sonra məlumat veriləcəyini deyib, lakin o da sonradan hər hansı bir məlumat verməyib. //Meydan TV//




Paylaş:


Müəllif : Tarix:
15-03-2023, 11:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər