reklam
Regionxeberlericom.az » Gündəm » Putindən əvvəl 3 dövlət başçısı haqqında həbs qərarı verilib – Onlar kimdir?

reklam

Putindən əvvəl 3 dövlət başçısı haqqında həbs qərarı verilib – Onlar kimdir?

















Xəbər verdiyimiz kim, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair order verib.

Putin Haaqa Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılan dördüncü dövlət başçısı olub.

Daha əvvəl barlərində həbs qərarı çıxarılan dövlət başçıları bunlar olub:

Sudan prezidenti Ömər əl-Bəşir - Darfurdakı münaqişə ilə bağlı 2008-ci ildə soyqırım ittihamı ilə həbs qərarı verilib. Amma ittiham onun növbəti 11 il hakimiyyətdə qalmasına mane olmayəb. 2019-cu ildə əl-Bəşir hərbi çevriliş nəticəsində devrildi və həbs edildi, lakin hələ də Haaqa məhkəməsinə verilməyib.

Liviya prezidenti Müəmmər Qəddafi - 2011-ci ildə kütləvi etirazların yatırılması əməliyyatında insanlığa qarşı cinayətlər ittihamı ilə həbs qərarı çıxarılıb. Qəddafi məhkəməni görmək üçün yaşamadı, qiyamçılar tərəfindən öldürüldü.

Fil Dişi Sahilinin prezidenti Loran Qbaqbo - 2011-ci ildə seçkidə uduzdu, bunkerdə gizləndi, lakin hücumdan sonra həbs edilərək Haaqaya aparıldı. Qbaqbo hakimiyyəti saxlamaq cəhdində insanlığa qarşı cinayətlərdə ittiham olunur. 2019-cu ildə ona bəraət verilib.




Paylaş:


Müəllif : Tarix:
19-03-2023, 14:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər