reklam
Regionxeberlericom.az » Gündəm » Pul verib özlərini şikəst edənlər – Azərbaycan səhiyyəsinin dəhşətli mənzərəsi

reklam

Pul verib özlərini şikəst edənlər – Azərbaycan səhiyyəsinin dəhşətli mənzərəsi


Oqtay Şirəliyevin səhiyyə sistemində baş verənlər Azərbaycanın sosial dövlət anlayışından hələ çox uzaqda, hardasa 18-19-cu əsrdə qaldığının göstəricisidir…

Azərbaycanda səhiyyənin bərbad vəziyyəti uzaqdan görünən və bələdçiyə ehtiyac olmayan kənd kimidir. Oqtay Şirəliyevin 14 illik rəhbərliyi bu sistemdə heç bir yenilik gətirməyib, əksinə hər şeyi bərbad vəziyyətə gətirib. Bu azmış kimi ölkə televiziyaları da savadsız həkimlərin özünü reklam platformasına çevrilib. Həkimlərin televiziyadan xəstələrə verdikləri məsləhətlər isə sadə və imkansız ailələrin probleminə çevrilib. İmkansız deyirik, çünki başda nazir Oqtay Şirəliyev olmaqla, imkanlı insanlar bu ölkədə müalicə olunmurlar. Çünki bu ölkədə müalicə olunmaq pulunu verib özünü də sağalmaz dərdlərə mübtəla edirsən. Yəni əlavə bir neçə xəstəlik qazanırsan. Pis halda əlil də ola bilərsən. Ən pis halda isə pulunu ödəyib ölə də bilərsən. Bizim həkimlər müalicə adına pul alıb etdikləri bundan ibarətdir.

Azərbaycan səhiyyəsi insanlara yeni xəstəliklər, yeni dərdlər mübtəla etmək üçün konveyerə dönüb. Çünki həkimlər xəstələrə xəstə kimi deyil, pul mənbəyi kimi baxırlar. Xəstədə nə qədər çox mərəzlər tapılacaqsa, onlar bir o qədər çox qazanırlar. Hətta şəbəkə belə qurublar. Xəstələri qarşılıqlı olaraq bir-birlərinə yönləndidrir, olmayan xəstəlikləri müalicə edirlər. Yəni insanların pulunu alıb onu ömürlük dərdlərə salırlar.

Şirvan şəhəri, Təbriz küçəsi, ev 20 ünvanda yaşayan Səfərov Elçin Eldar oğlu da PİA.az-a müraciət edərək 10 min manatın qarşılığında necə əlilə çevrilməsindən şikayətçidir. Elçin Səfərov prezidentə müraciət edərək Şirvan Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi, cərrah Nəsib Səhratov və onun cinayət əməllərini ört-basdır edən korrupsioner məmurlar barəsində qanunu tədbirlər görməyi xahiş edir.

Elçin Səfərov bildirir ki, 2015-ci ilin əvvəlində qasıq nahiyəsində yaranmış kəskin ağrılarla bağlı Şirvan Müalicə-Diaqnostika Mərkəzində müayinə olunub. Müayinə zamanı ona “sol tərəfli qasıq xaya yırtığı” klinik diaqnozu qoyulub. Mərkəzin baş həkimi, cərrah Nəsib Səhratov yalnız əməliyyat yoluyla sağalacağımı bildirib və xəstənin sosial vəziyyətini nəzərə almadan ondan əməliyyat üçün ondan 300 manat tələb edib. Əlavə olaraq 50 manat da aneztezioloq Jalə həkim üçün pul tələb edərək əməliyyatın uğurla keçəcəyinə söz verib.

Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respub-likasının Qanununa əsasən, Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur həkimin pasiyentdən rüşvət tələb etməsi faktı CM-nin 312.2 maddəsilə (rüşvət verməyə təhrik etməci) cinayət hesab olunur.

17.02.2015-ci il tarixində Nəsib Səhratov Elçin Səfərovu əməliyyat edib və əməliyyatdan sonra xəstənin sol ayağında kəskin keyimə baş verib. Nəsib Səhratov bunun müvəqqəti olduğunu və tezliklə ayağa qalxacağını vəd etsə də, zaman keçdikcə xəstənin ayağınının keyi açılmayıb. Dəhşətli ağrılarla bağlı Elçin Səfərova 14 gün morfin inyeksiyası vurulub. Və sonda məlum olub ki, həkim Nəsib Səhratov əməliyyat zamanı Elçin Səfərovun ayaq sinirlərini kəsib. İttihamların qarşısında isə Şirvan Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi, cərrah Nəsib Səhratovun cavabı konkret olub: “Sevin ki, əlil arabasına məhkum olmamısan”, deyə Elçin Səfərova təskinlik verib.

Elçin Səfərov sağalmaq ümidilə 10 000 manat borc-xərc edərək “aparıcı” klinikalara üz tutub, bahalı müalicə kursları alıb. Tibb elmləri doktoru Rövşən Həsənovun Nevrologiya Klinikasına və Kliniki tibbi mərkəzində olub. Sonuncu dəfə Koreya Şərq Təbabəti Klinikasında müayinə olunduqdan sonra ona bildiriblər ki, müaəlicənin heş bir effekti olmayacaq. Çünki cənab Nəsib Səhratov onun ayaq sinirlərini tamamilə məhv edib.

Diqqət yetirin, özəl klinikalar Elçin Səfərovun 10 min manatını yeyib-içdikdən sonra xəstəyə müalicənin mümkünsüz olduğunu bildiriblər. Hazırda Elçin Səfərov ömürlük əlildir və ona əlilik dərəcəsi verilib.

Maraqlı nüaslardan biri də odur ki, bir insanın taleyini məhv edən, bir ailənin işığını spndürən həkimi heç kim cəzalandırmaq istəmir. Elçin Səfərov dövlət qurumlarına, prokurorluğa, o cümlədən dövlət rəhbərliyinə, Səhiyyə nazirinə dəfələrlə müraciət etməsinə baxmayaraq Şirvan Müalicə-Diaqnostika Mərkəzi hələ də Şirvan Müalicə-Diaqnostika Mərkəzinə rəhbərlik etməlkə yanaşı, cərrah kimi də çalışmaqda davam edir. Pul verib özünü şikəst etdirən Elçin Səfərovun taleyi isə heç kimi maraqlandırmır. O heç kimə lazım deyil və heç kim ona dəyən maddi və mənəvi ziyanı da ödəmyi düşünmür.

Dövlət qurumları sadəcə “qəssab” cərrahı müdafiə edirlər. Elçin Səfərov və ailəsi isə özlərinin əzab və işgəncələri ilə baş-başa buraxılıb. Və bu hər kəsin bildiyi Azərbaycan reallığıdır…

Bu baş verənlər ciddi hüquq pozğunluğu olmaqla yanaşı həm də Azərbaycanın sosial dövlət anlayışından hələ çox uzaqda, hardasa 18-19-cu əsrdə qaldığının göstəricisidir… //hurriyyet.org//





Paylaş:


Müəllif : Tarix:
14-08-2019, 09:14
Sikayət   


loading...
Загрузка...