Naxçıvanda “Cahan Holdinq” ÖZBAŞINALIĞI... - İşçilər ÇARƏSİZ DURUMDA...
Naxçıvanda “Cahan Holdinq”in işçiləri hər ay müqavilədə nəzərdə tutuduğundan 30 saat artıq işləməyə məcbur edilir. Onlar həftə içi hər gün işdən sonra bir saat, şənbə günləri isə 8-10 saat pulsuz işləməli olurlar. Holdinq işçilərinin „Gündəlik Naxçıvan“a verdiyi məlumata görə, bu tələbi yerinə yetirməyənlər işdən qovulmaqla hədələnirlər.
Holdinqin Qənnadi Məmulatları Sexində çalışan M. Məmmədov deyir ki, problemlə bağlı dəfələrlə rəhbərliyə şikayət etsələr də, nəticəsi olmayıb:
“Bir neçə ildir bu holdinqdə işləyirəm. Müqavilədə iş rejimi həftədə 5 gün, saat 8-dən 17-yə qədər qədər nəzərdə tutulub. Lakin bizi həftənin 6 günü qul kimi saat 8-dən 18-ə qədər işlədirlər. İşlədiyimizin müqabilində isə bizə bir manat da olsun əlavə maaş verilmir. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin pozulmasıdır. Əslində hər artıq saata görə işçinin maaşı ikiqat hesablanmalıdır. Bunlar isə bizimlə qul kimi davranıb, pulsuz işlədirlər”.
Digər şikayətçi Əli Məmmədov isə deyir ki, artıq iş saatına, işçilərlə kobud davranmaya etiraz etdiyinə, bununla bağlı ardıcıl olaraq şikayət etdiyinə görə, bir il əvvəl işdən çıxarılıb:
“Mən artıq işlədiyim saatların pulunu tələb edirdim. Bir neçə dəfə etiraz olaraq müqavilədə nəzərdə tutulan vaxt, yəni saat 17.00-da xəbərdarlıq edib işdən getdim. Sonra məni nizam-intizamı pozmaqda günahlandırıb, işdən çıxardılar. Əmək müfəttişliyinə şikayət etsəm də işimə bərpa ola bilmədim. Hələ də özümə iş tapa bilmirəm”.
Məsələyə münasibət öyrənmək üçün adıçəkilən holdinqlə əlaqə saxlasaq da, fəhlələrin iddialarına cavab ala bilmədik.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-03-2023, 12:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər