Misir Mərdanovla bağlı ağlasığmaz iddia - 77 yaşında..
Sabiq təhsil naziri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov son vaxtlar ictimai müzakirələrdə xüsusi fəallıq göstərir. 77 yaşlı institut direktorunun təhsillə bağlı məsələlərə operativ reaksiya verməsi birmənalı qarşılanmır. 2013-cü ildə nazir postu ilə vidalaşandan sonra həmişə ehtiyatlı davranışları ilə diqqət çəkən qocaman professorun birdən-birə ölkənin təhsil ictimaiyyətini narahat edən məəslələrə obyektiv reaksiya verməsi çoxsaylı suallar doğurub.
Suyu üfürə-üfürə içən Mərdanovun əvvəl Dövlət İmtahan Mərkəzini, ardınca isə Elm və Təhsil Nazirliyini tənqid atəşinə tutması nə ilə bağlıdır?
11-ci sinif şagirdləri üçün martın 12-də keçirilən buraxılış imtahanlarında sualların çətin olmasına ilk etiraz edənlərdən biri də Misir Mərdanov olmuşdu. Sabiq nazir attestat almaq istəyən 11-ciləri çətinə salmağın doğru olmadığını bildirmişdi. O, orta məktəb proqramından kənar sualların imtahana salınmasının yolverilməz olduğunu vurğulayaraq, DİM-in ünvanına tənqidi fikirlər səsləndirməkdən çəkinməmişdi.
Qeyd edək ki, bundan əvvəl də Misir Mərdanov tez-tez təhsillə bağlı verdiyi açıqlamalarla gündəmə gəlib. O, xüsusilə son 6 ayda təkcə institut direktoru deyil, həm də təhsil eksperti kimi fəaliyyət göstərir. Mətbuat üçün əlçatan olması və təhsildəki problemlərə dair peşəkar mövqe sərgiləməsi keçmiş nazirin personasına marağı daha da artırıb.
"Yeni Sabah" məsələni araşdıranda maraqlı məlumatlar əldə edib. Məlum olub ki, Misir Mərdanovun son vaxtlar yenidən fəallaşması səbəbsiz deyil. AMEA-da Mərdanovla birlikdə çalışan şəxslərdən biri saytımıza deyib ki, o, yenidən nazir postuna qayıtmaq istəyir. Mənbənin sözlərinə görə, Misir müəllim bunun üçün əlverişli məqamın yetişdiyini düşünür: "Son bir ildə təhsil sektorundakı problemlər daha qabarıq şəkildə gözə batır. Məktəblərdə rüşvətxorluq hallarının artması, yeni təyin olunan direktorların öz işinin öhdəsindən gələ bilməməsi, dərsliklərdəki səhvlərin üzə çıxması Emin Əmrullayevin vəziyyətini xeyli çətinləşdirib. Təkcə cəmiyyət və təhsil ictimaiyyəti deyil, hətta hakimiyyətin yuxarı eşelonu da nazirin fəaliyyətindən narazıdır. Misir Mərdanov hesab edir ki, Emin Əmrullayev tezliklə yola salınacaq. O, 77 yaşı olmasına rəğmən özünü bu posta ən layiqli namizəd hesab edir".
Mənbə deyib ki, Misir Mərdanov son vaxtlar abituriyentlərin və onların valideynlərinin ürəyincə olan açıqlamalar verməklə cəmiyyətdə müsbət imicini yaratmağa çalışır.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-03-2023, 16:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər