Fuad Nəcəfliyə deyilə bilməyən sözlər: Yaxşı kadrları harda axtarmalı?
Dünən Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəfli AMEA-nın Muxtar Respublika ofisində alimlərlə görüş keçirib.
Ovqat.com-un məlumatına görə, 3 saat davam edən görüşdə Fuad Nəcəfli Naxçıvandakı “xan qvardiyası”nın fəaliyyətindən gileylənib.
Deyib ki, Muxtar Respublikanın nazirləri, komitə və idarə rəislərinin hansı fəaliyyətlə məşğul olduğunu bilir, amma onları işdən qova bilmir. Çünki Naxçıvanda ciddi kadr çatışmazlığı var. Halal süd əmmiş birisini tapıb onların yerinə qoya bilmir ki, Naxçıvanda işlər qaydasına düşsün.
İnformasiya mənbəyimizin dediyinə görə, Fuad Nəcəfli həqiqətən də Naxçıvandakı real vəziyyəti düzgün təsbit edib və öz fikirlərini gizlətmədən dilə gətirib. Onun qısa zaman ərzində etdiyi təsbitlərə heyran qaldığını bildirən həmsöhbətimiz Fuad bəyə çıxış yolunu göstərmək qənaətinə gəlib. “Göstərib” də. Amma ürəyində.
Hələ də “xan” xofundan çıxa bilməyən ziyalı ürəyində deyib ki, başınızı gedib “xan” həzrətlərinin buyruq qulu olan Azər Zeynallının başına qoşanda, onun məsləhətləri ilə bölgələrə səfər edəndə, insanlarla görüşəndə, əlbəttə ki, qabiliyyətli adam tapa bilməzsiniz. Çünki həmin Azər Zeynalov və onun əshabələri Naxçıvanda istedadlı adam saxlamayıblar. Onları ya vəzifələrdən uzaqlaşdırıb inzivaya çəkilməyə məcbur ediblər, ya da ümumiyyətlə Muxtar Respublikadan didərgin salıblar. Bəzilərinin adına müxalifət, bəzilərinin adına isə “vətən xaini” yarlığı yapışdırıblar. Sizə əgər həqiqətən də yaxşı kadrlar lazımdırsa, onları Azər Zeynalovun seçilmişləri arasında yox, “vətən xainləri” və “cəbhəçilər” arasında axtarmalısınız.
Dəyərli alimimizin Fuad Nəcəflinin üzünə deyə bilmədiyi fikirlərini biz qələmə aldıq ki, bəlkə yanında saxladığı adamlar yazımızı oxuyub 3 aydır üzərində baş sındırdığı müəmmaların əsl cavabını ona çatdırsın. Gərçi buna da çox ümidimiz yoxdur. Çünki onun Qəbul və məktublar şöbəsinə təyin etdiyi şəxslər də Prezident Administrasiyasında şikayət məktublarına baxanlardan seçilmirlər. Mümkündür ki, bizim naməmizi də Fuad müəllimə yox, müfaviq orqanlara göndərələr.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-03-2023, 10:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər