Saxlanılanlar Oleq "Bakinski"nin "əlaltıları"dır? – DİN aydınlıq gətirdi
Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin “əlaltıları”nın Bakıda hədə-qorxu ilə pul tələb etdikləri üçün saxlanıldığı iddia edilib.
Bu barədə “open-ua.net” saytı məlumat yayıb.
“Azərbaycanda cinayət aləmində Oleq “Bakinski” kimi tanınan Kiyev kriminalının başçısı Oleq Krapivinin əlaltıları Azərbaycanda hədə-qorxu ilə pul tələb etdikləri üçün saxlanılıblar. Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları Nərimanov rayonu ərazisində həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində Oleq Krapivinin ətrafındakı cinayətkar dəstənin üzvləri - Rail Cəbrayılov, Üzeyir Ağazadə (Zarinski) və Mirağa Əliyevi saxlayıblar. Onlar oğurlanmış iş adamı Sahib İsmayılzadəni saxladıqları evdə ondan pul almaq istəyərkən saxlanılıblar. Saxlanılan şəxslər məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri nəticəsində istintaq təcridxanasına yerləşdiriliblər”, - məlumatda bildirilib.
Qeyd edilib ki, Cəbrayılov (şəkildə sağda), Ağazadə və Əliyevin Krapivinlə əlaqəsini sübut etmək kifayət qədər asandır:
“Onlar Krapivinin rəhbərlik etdiyi Kiyev Azərbaycanlıları Konqresinin üzvləridir. Dəstə üzvləri Azərbaycanda ictimai fəal adı altında mütəmadi olaraq diaspor tədbirlərinə qatılıblar. Üstəlik, bu cinayətkarlar həmin tədbirlərə Krapivinin Kiyevdəki Azərbaycanlılar Konqresinin baş katibi vəzifəsinə təyin etdiyi şəxs (şəkildə mərkəzdə) tərəfindən açıq-aydın, onlara eyni ictimai fəallar statusu verilməsi üçün dəvət alıblar”.
Həmçinin bildirilib ki, dəstə üzvlərinin əksəriyyəti Ukraynada axtarışa verilib və ölkəyə girişi qadağan edilib.
Səsləndirilən iddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Yeniavaz.com-a bildirib ki, adı çəkilən şəxslərin O. Krapivin ilə heç bir əlaqələri yoxdur:
“Oleq kriminal avtoritet deyil, Azərbaycanın Ukraynadakı diasporunun sədridir. Adları çəkilən üç nəfər – hər üçü Azərbaycan vətəndaşıdır – bu il yanvarın 21-də bir vətəndaşdan hədə-qorxu ilə pul tələb etdiklərinə görə polisin keçirdiyi tədbirlər nəticəsində saxlanılıb. Barələrində cinayət işi qaldırılıb, hazırda da həbsdədirlər. Bu məsələ yanvar ayının 21-də olub. Bu üç nəfər Azərbaycan vətəndaşının da həmin Oleqlə heç bir əlaqəsi, yaxınlığı yoxdur”.
E.Zahidov sözügedən hadisə bağlı DİN-in yanvar ayında rəsmi məlumat yaymamasının səbəbini isə belə izah edib:
“Hər gün bu cür neçə-neçə şəxs saxlanılır, hər biri barəsində məlumat yaymırıq. Bu, adi, sıradan bir məsələdir. Bunu mətbuat belə şişirdib, qaldırıb”.
Qeyd edək ki, Krapivin Oleq Andreyeviç Prezident İlham Əliyevin 21 aprel 2022-ci il tarixli sərəncamlı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-03-2023, 12:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər