reklam
Regionxeberlericom.az » Gündəm » Göyçayda əhali suya görə narazılıq edir-ŞİKAYƏT

reklam

Göyçayda əhali suya görə narazılıq edir-ŞİKAYƏT








RegionXəbərləricom.az-a Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən daxil olan şikayət məktubunda deyilir;

 "Göyçay rayonu Cəyirli, Kürdəmiş və Qızılağac kəndlərinin əhalisinin istifadə etdiyi bir su arxı var.Ancaq həmin arxın üzərində yaxınlığnda çoxlu sayda ticarət və iaşə obyektləri inşa edilib  əksər yerlərdə üzəri örtülüb.Buna görə suyun bol verilməsinə maneə yaranıb hər gün suya çirkab axıdılır.Su artan kimi daşıb həmin obyektlərə dolur deyə suyu az ölçüdə buraxırlar.Su azca artan kimi daşıb obyektləri basdığı üçün sahibləri şikayət edir  deyə  suyun verilməsini dayandırırlar.Nəticədə də 3 kəndin əhalisi zülm çəkir.

 Həmçinin suya yaxın inşa edilmiş avtomobil yuma, təmiri sexlərinin və yeməkxanaların çirkabı  3 kəndin əhalisinin istifadə etdiyi su bərəsinə axıdılır.Buna görə 3 kəndin əhalisinin həyat və sağlamlığı təhlükədədir.3 kəndə gedən su arxının bu günə salınması əhaliyə təhqqirdir, cinayət əməlidir.Bir neçə işbaza görə 3 kənd əhalisi susuzluğa məhkum olunub həyatı ciddi  təhlükədədir.Göyçay rayon rəhbərilinə bu barədə məlumat verilib hələki tədbir görülmür.

Prezident cənab İlham Əliyevdən xahiş edirik bu barədə təcili tədbir görülməsinə tapşırıq verəsiniz."

RegionXəbərləricom.az





Paylaş:


Müəllif : Tarix:
29-03-2023, 08:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər