Dəniz və Liman Agentliyi və ASCO hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Dövlət Dəniz və Liman Agentliyi (ADLA) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib.
Bu barədə hər iki qurumdan məlumat verilib.
ASCO-dan gəmilərə küləkli hava şəraiti ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirlərin görülməsi tapşırılıb. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlarına getməsi təmin olunmalıdır. Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmalıdırlar. Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları gəmilərin təhlükəsiz dayanmalarını təmin etməlidirlər.
Öz növbəsində ADLA gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişlərini müvafiq işlərin görülməsi istiqamətində təlimatlandırıb.
"Lövbərdə duran, hərəkətdə olan gəmilərə üç dildə Azərbaycan, rus, ingilis dillərində rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb", - məlumatda deyilir.
Hazırda Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.
Qeyd edək ki, martın 30-u gündüz saatlarından aprel ayının 2-dək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin 18-23 m/s,arabir 25-28 m/s, açıq dənizdə arabir 30-35 m/s qədər güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 5,5-7,5 metr olacağı gözlənilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-03-2023, 10:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər