reklam
Regionxeberlericom.az » Gündəm » Qalmaqallı internat evindən yayılan iddialar doğrudur? - AÇIQLAMA

reklam

Qalmaqallı internat evindən yayılan iddialar doğrudur? - AÇIQLAMA

“Uşaqlardan hansısa məqsədlər üçün istifadə etmək çox məyusedicidir. Həmin internatda qalanlar hüquqlarını tələb edən yeniyetmələrdir”.

Regionxeberlericom.az bildirir ki, bu sözləri Lent.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova son günlərdə gündəm olan 3 saylı uşaq evi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Mehriban Zeynalova gündəmi zəbt edən internat evində bu günə qədər belə bir halın yaşanmadığını bildirib.

Onun sözlərinə görə, oradakı uşaqların bir neçəsi ilə mütəmadi olaraq əlaqə saxlanılır:

“Həmin məktəbə gələn dəstəkdən, yardımdan uşaqlar bəhrələnir. Uşaqlara hüquqlarını və onu necə müdafiə etməyi öyrədirik. Orada qalanlar hüquqlarını tələb edən uşaqlardır. Əgər, belə bir hal yaşansaydı, bundan xəbərdar olardıq. Deyilənlərin heç də həqiqət olmadığını bildirirlər. Bu gün internat məktəblərinə ciddi nəzarət var. Düşünürəm ki, həmin uşaqla da görüşüb, danışmaq lazımdır. Çünki uşaqlardan hansısa məqsədlər üçün istifadə etmək çox məyusedicidir”.

Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə sözü gedən uşaq evində qalan azyaşlının videosu yayılıb.

Videolarda azyaşlı müəssisədə uşaqlara quru çörək verildiyini iddia edir:

“Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

Xatırladaq ki, sözügedən məktəbin direktor müavini Ülkər Babayeva jurnalistlərə açıqlamasında bildirib ki, azyaşlı dəfələrlə uşaq evindən oğurluq edib:

“Bu barədə aidiyyəti qurumlara məlumat verilib və daha sonra o, yenidən uşaq evində qalmağa davam edib”.

Bununla belə sözügedən video sosial şəbəkələrdə dayanmadan paylaşılır və izləyicilərin çoxu yeniyetmənin söylədiklərinin həqiqət olduğunu iddia edir.  




Paylaş:


Müəllif : Tarix:
30-03-2023, 15:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər