Əhməd Əhmədzadənin adamının adı 6 milyonluq cinayətdə hallandı
Yasamal Rayon Məhkəməsində vergidən yayınmaya görə barəsində cinayət işi açılmış şəxsin məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 66 yaşlı Əliqulu Əliyevin adına açılmış çoxsaylı şirkətlər vasitəsilə 5,7 milyon manatdan çox gəlir və mənfəət vergisinin büdcədən yayındırılması müəyyən edilib. Məhkəmədə Ə.Əliyev bildirib ki, şirkətləri onun adına tanınmış iş adamı Yaşar Allahverdiyev açıb və buna görə ona aylıq maaş verilib.
Məhkəmə prosesində həmçinin adı bir çox qalmaqallı cinayət işlərində hallanan və ifadələr vermiş Rəsmiyyə Qazıyeva da şahid qismində dindirilib.
Məhkəmənin hökmü ilə Əliqulu Əliyev Cinayət Məcəlləsinin 213.3-cü (Vergidən yayınma – xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib və ona 5 il müddətinə həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altına verilən şəxs məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.
Fotoda: Yaşar Allahverdiyev
Həmçinin onun barəsindəki mülki iddia da təmin edilib və təqsirləndirilən şəxsdən 5.7 milyon manatın tutulması barədə qərar çıxarılıb.
Qeyd edək ki, vergidən yayınmış şirkətlər əsasən dövlət sifarişlərini yerinə yetirib və Əhməd Əhmədzadənin sədrliyi dövründə (2006–2021) Meliorasiya və Su Təsərrüfatı Dövlət Komitəsinin və digər qurumların keçirdiyi çoxsaylı tenderlərin qalibi olub. Yerli mediada bir çox vəzifələrdə çalışmış Yaşar Allahverdiyevin Əhməd Əhmədzadəyə yaxın şəxs olduğu bildirilir. Y.Allahverdiyevin vasitəsilə rəsmiləşdirilmiş şirkətlərin çoxsaylı milyonluq tenderlərdə qalib gəlməsi ilə bağlı məlumatlar var.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2023, 15:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər