reklam
Regionxeberlericom.az » Gündəm » Jurnalist işə velosipedlə gedən hakimdən yazdı: "I qrup əlili həbs edib"

reklam

Jurnalist işə velosipedlə gedən hakimdən yazdı: "I qrup əlili həbs edib"














Yasamal Rayon Məhkəməsinin hakimi var: Hüseyn Səfərov. Bu günlərdə sosial şəbəkələrdə məlumat yayıldı ki, işə velosipedlə gəlib-gedir. Bilmirəm nə dərəcədə yalandır, ya doğru. Amma onunla bağlı dəqiq bildiyim bir məsələni sizinlə paylaşacağam. Maraqlı olsa, Məhkəmə Hüquq Şurası da ona qiymət verər. Hərçənd Hüseyn Səfərovun əməllərində indiyə qədər qiymət verilməli saysız-hesabsız məqamlar var..."

Bunu jurnalist Aytən Məmmədova yazıb. 

"Deməli, bir neçə il əvvəl bu Hüseyn Səfərov bir nəfərlə bağlı avtoqəza işinə baxıb. Adamın sürücülük vəsiqəsi olduğu halda, istintaqda ittiham yanlış olaraq, CM-in 263-1 maddəsilə verilib. Guya adamın sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib və qəzanı törədib. Qəza nəticəsində ölüm və ya ağır nəticə olmayıb, zərərçəkmiş az ağır xəsarət alıb, səhv eləmirəmsə ayağı çatlamışdı. Qəzanı törədən şəxs özü isə əvvəldən birinci qrup əlil idi. Görünür, hakim Hüseyn Səfərov işi ümumiyyətlə araşdırmayıb. Elə ittiham aktını hökmə köçürməklə işini bitmiş sayıb. Birinci qrup əlili məhkəmə zalından həbs edib, 2 il 6 ay həbs cəzası verib", - deyə o qeyd edib. 


 












Aytən Məmmədova

"Sonradan Bakı Apellyasiya Məhkəməsi üzə çıxarmışdı ki, adamın sürücülük vəsiqəsi var. Ona görə 263-1 maddəsilə olan ittihamı 263.1-ə tövsif edib, şikayətçi olmadığına görə xitam vermişdi. Lakin 264-cü (hadisə yerindən qaçma) maddə ilə də ittiham vardı. Bu maddə ilə cəzasını il yarıma endirmişdi... Belə hakimlik edən Hüseyn Səfərov işə velosipedlə gəlsin, yaxud tankla - nə fərqi var. Siyasi işlər bir yana, adi avtoqəza işlərində belə, normal araşdırma aparmırsa..."

 Hüseyn Səfərov xeyli müddət məhkəmə sistemində çalışıb.

2010-2015-ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi olub. 

2015-ci ildən isə Yasamal Rayon Məhkəməsinin hakimidir. 




Paylaş:


Müəllif : Tarix:
7-04-2023, 12:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər