Deputatın vurulmadığı iddiaları niyə həkimin oğurlanmış hesabından yalanlanır?
Daha əvvəl xəbər verdiyimiz kimi, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Nəticədə F. Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə yarası alıb.
Son günlər sosial şəbəkələrdə Fazil Mustafanın sözügedən hadisədə yaralanmadığına dair bəzi iddialar səsləndirilir.
İddia edilir ki, F. Mustafaya qarşı terror aktının törədilməsi hadisəsinin yaradılması İranın Azərbaycandakı casus şəbəkəsini ifşa etmək məqsədi güdür.
Radioloq Aydın Əliyev də feysbuk profilində etdiyi paylaşımda bildirib ki, onun oğurlanmış hesabında yazılan statuslar cəmiyyətdə şübhələri artırır.
Məlumat üçün bildirək ki, daha əvvəl A. Əliyevin feysbuk profilinin oğurlanmasına dair araşdırma yazısı təqdim etmişdik.
Bu dəfə sözügedən oğurlanmış hesabdan F. Mustafanın vurulmadığı iddialarını yalanlayan paylaşım edilib.
“Hamı öz bildiyi iş barəsində fikir yazsın, çox xahiş edirəm, “alimlik” etməyin. Deputat Fazil Mustafa çiynindən vurulub, çiyninə ağırlıq düşməsin deyə qolunu bağlayıblar, bəziləri ağıllı çıxıb “çiyindən vurulanın qolu bağlanır, oyundur” deyib fikir bildirir. Savadsız olmaq ayıb deyil, amma bilmədiyin iş barəsində yazmaq ayıbdır. Ayıb olsun”, - oğurlanmış hesabda edilən paylaşımda yazılıb.
A.Əliyev isə yuxarıdakı statusun ekran görüntüsünü özünün idarə etdiyi feysbuk profilində paylaşaraq bunları yazıb:
“Mənim oğurlanmış feysbuk hesabımdan belə bir feyk paylaşım ediblər və bir çox saytlar da bilmədən bunu dərc ediblər. Bildirmək istiyirəm ki, bu aşağıdakı şəklini qoyduğum yazıdakı heç bir hərf mənə aid deyil. Tibb elmi dəqiqliyi sevir. Mən müayinə etmədiyim şəxsin sağlıq durumu barədə heç nə deyə bilmərəm. Yəni, hər hansı bir sarğının olması şəxsin səhhətini dəqiq ifadə etmir. Həkim obyektiv müayinə etməmiş bir söz deyə bilməz. Mən Fazil bəyi müayinə etməmişəm. Əgər həqiqətən yaralanıbsa, Allah şəfa versin”.
Həkim yuxarıdakı postun şərh bölməsində cəmiyyətdə şübhə yaradan məqamları qeyd edib:
“Oğurlanmış hesabdan yazılan status cəmiyyətdəki şübhələri haqlı olaraq daha da artırır. Adama deyərlər: Düz adamsansa, niyə oğurluq edirsən? Düz adamsansa, niyə trolluq edirsən? Düz adamsansa, niyə paylaşımı öz adından, yox başqasından oğurladığın hesabdan edirsən? Yuxarıdakı 3 bənd şübhələri daha da artırır. El dilində desək, neyləyib qabağa düşmək istədi, başqa şey edib dala düşdü”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində dörd nəfər müəyyən olunaraq saxlanılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2023, 14:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər