Məşhurlar onlarla şəkil çəkdirən şəxslərin kimliyinə görə cavabdehdirmi... - QALMAQAL
Son günlər mediada geniş müzakirələrə səbəb olan bir mövzu da YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun müğənni Afaq Aslanlı ilə yayılan fotoları olub. S.Novruzov bildirib ki, onun Damla ilə də şəkilləri var və hamı bir-biri ilə şəkil çəkdirir: “Gənclər daha çox şəkil çəkdirməyə meyil edirdi. Onların içərisində partiya üzvü olan da var, olmayan da. Təəssübkeşi də var. Onların da bir qrupu partiya üzvü olmaqla bağlı müraciət edib. Vallah, mənim başım qarışıq idi. Orda 30-a yaxın millət vəkili iştirak edirdi. Başımız tədbirə qarışmışdı. Mənim şəkil çəkdirməyə və yaxud başqa şeyə həvəsim yox idi”.
Amma bu, məşhurlarla şəkil çəkdirib, sonradan böyük səs-küy yaradan ilk hadisə deyil. Bundan öncə də istər Azərbaycan, istərsə dünya miqyasında məşhurlarla şəkil çəkdirən sıravi insanlar, fanatlar, pərəstişkarlarla bağlı xeyli maraqlı hadisələr baş verib.
Əslində bu kimi hallar necə baş verir? İstənilən bir məşhur - bu, şou biznes, siyasət, mətbuat dünyasının nümayəndəsi ola bilər - tədbirdə, yolda-izdə gedərkən bir nəfər ona yaxınlaşıb, şəkil çəkdirmək istədiyini deyir. Əgər həmin an durum uyğundursa, bu şəkil çəkdirilir. Hətta dünyada elə insanlar var ki, məşhurlarla şəkillərindən ibarət bir sessiya, fotoalbom yaradır, bunu yayır, bununla fəxr edirlər. Bunun adı hobbi də ola bilər, psixoloji zəiflik də, özünütəsdiq problemi də.
Amma Azərbaycan kimi ölkələrdə tanınmış siyasi xadimlərlə, həlledici siyasi fiqurlarla, vəzifəli şəxslərlə şəkillər çəkdirənlər bəzi hallardan bundan sui-istifadəyə də yol verirlər. Məsələn, Azərbaycanda bəzi reket jurnalistlər tanınmış şəxslərlə çəkdirdikləri fotolardan şantaj vasitəsi kimi istifadə edirlər; yol polisi saxlayanda, ya da hansısa dövlət idarəsinə xahiş üçün gedəndə bu fotolar onların az qala vizit kartı funksiyasını daşıyır.
Bir neçə ay bundan öncə özünü videobloger kimi təqdim edən Ata Abdullayevin prezidentlə çəkdirdiyi şəkil də sosial şəbəkədə ciddi müzakirələrə səbəb olmuşdu. Həmin zaman belə təklif səslənmişdi ki, təsadüfi adamların dövlət rəhbərliyində olan şəxslərlə şəkil çəkdirməsinə icazə verilməməlidir. Çünki bu cür şəxslər o fotolardan sui-istifadə edirlər...
Xatırladaq ki, daha öncə də bir PKK-lı gəncin millət vəkili Qənirə Paşayeva ilə çəkdirdiyi şəkil də bu qəbildən problem yaratmışdı. Əslində isə məşhurlar dünyasında bu şəkil çəkdirmə xahişi birmənalı şəkildə qarşılanır. Burada şəkil çəkdirmə istəyini rədd etmə versiyası nadir hallarda baş verir. Necə deyərlər, bu, məşhur olmağın cilvələrindən biridir. Bu zaman pərəstişkarın kimliyi, hansı məzhəbə qulluq etməsi, keçirdiyi həyat tərzi, kriminal keçmişinin olub-olmaması da məşhuru maraqlandıran və ya onun araşdırmasını tələb edən məsələ deyil. Buna görə həmin şəxsin bir mənəvi məsuliyyəti də yoxdur.
Amma praktika sübut edir ki, bu məsələlərdə də hansısa bir normanın, nizamın olmasına ehtiyac var. Çünki sui-istifadəçilər artmaqdadır və buna görə qınaqlar da baş verir...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:16-08-2019, 09:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-08-2019, 09:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
Dünən, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Dünən, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Dünən, 11:20