reklam
Regionxeberlericom.az » Gündəm » Nehrəmdəki qətllə bağlı YENİ XƏBƏR

reklam

Nehrəmdəki qətllə bağlı YENİ XƏBƏR


Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbə sakini 18 yaşlı Tuncay Abdullayevin cari il yanvarın 6-da öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, ibtidai istintaqla 18 yaşlı Rəhman Süleymanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Tuncay Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəhman Süleymanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Paylaş:


Müəllif : Tarix:
14-04-2023, 12:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər