reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycanda "insan alverçisi" olan qadına hökm oxundu

reklam

Azərbaycanda "insan alverçisi" olan qadına hökm oxundu


İnsan alverində təqsirləndirilən şəxsə hökm oxunub.

Polis əməkdaşları tərəfindən “İnsan alverçisi” Təhmin Zelabdinovanın qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirilməsi üçün cəlb etməsi faktı aşkar edilib.

Onun insan alveri məqsədilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla insan alveri cinayəti törətməsi faktı ilə bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələrilə cinayət işi başlanılıb, işin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə T.Zelabdinovanın əməlləri subuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.




Paylaş:


Müəllif : Tarix:
14-04-2023, 13:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər