reklam
Regionxeberlericom.az » Gündəm » Talıbovlara bağlı ünvanda 14 milyonluq yeni şirtkət yaradılıb

reklam

Talıbovlara bağlı ünvanda 14 milyonluq yeni şirtkət yaradılıb

















Naxçıvan şəhərində nizamnamə kapitalı 14 milyon 871 min 58 manat 5 qəpik olan yeni şirkət dövlət qeydiyyatına alınıb.

“Alçı-Zavod-75” MMC (VÖEN – 201402321)-nin hüquqi ünvanı Naxçvan şəhəri N. Tusi, ev 5-də yerləşir.

MMC-nin qanuni təmsilçisi Novruzov Nurlan Kazım oğludur.

Məlumat üçün bildirək ki, N. Tusi, ev 5 ünvanında daha 2 şirkət qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan “Reges Rent A Car” MMC-nin  (VÖEN – 201402731) qanuni təmsilçisi Qulamov Əkbər Cümşüd oğlu, nizamnamə kapitalı 100 manat olan “Reges” MMC-nin  (VÖEN – 201402601) qanuni təmsilçisi isə Kərimov Cəlal Əmir oğludur.

Qeyd edək ki, hazırda Naxçıvanda “Reges” adlı bir neçə şirkət fəaliyyət göstərir. Kərimov Kamal Əmir oğlunun rəhbərlik etdiyi “Reges Sement zavodu” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Bundan başqa 2012-ci ildə N. Tusi, ev 5 ünvanında “Reges Hotel” adlı şirkət də qeydiyyata alınıb.

Onu da  bildirək ki, bu şirkətlərin qeydiyyatda olduğu ünvanda vaxtı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”ə bağlı şirkətlər qeydiyyatda olub.

“Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.

Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.

Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.





Paylaş:


Müəllif : Tarix:
14-04-2023, 14:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər