reklam
Regionxeberlericom.az » Gündəm » "Aprelin 11-də sərhəddə baş verənlərin arxasında Moskva dayanır"

reklam

"Aprelin 11-də sərhəddə baş verənlərin arxasında Moskva dayanır"

















“Sərhəddə aprelin 11-də baş vermiş hadisələrin arxasında isə Moskva dayanır”.

Bu sözləri “Turan”a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O bildirib ki, Azərbaycan-Ermənistan arasında məsələ məhz Brüsseldə həll olunacaq:

“Azərbaycan və Ermənistan danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verib. Mən bu Moskva danışıqlarını qəbul etmirəm. Hesab edirəm ki, axır-əvvəl Azərbaycan-Ermənistan arasında məsələ məhz Brüsseldə həll olunacaq. Sərhəddə aprelin 11-də baş vermiş hadisələrin arxasında isə Moskva dayanır. Əsas da ona görə ki, baş nazir Nikol Paşinyan ilə prezident İlham Əliyev Vaşinqtonda görüşməli idilər. Bu görüşün baş tutmaması üçün atılan addım idi, son təxribat Paşinyanın öz təşəbbüsü deyil. Çünki Paşinyan bu yaxında deyib ki, biz vaxtında ən böyük səhvi o vaxt etmişik ki, Qarabağın Azərbaycan ərazisinin olduğunu əhaliyə çatdırmamışıq. Bu, çox ciddi mesaj idi və bu mesaj göstərir ki, Paşinyanın imkanı olsa, elə bu dəqiqə sülh sazişinə qol çəkər”.

Deputat bildirib ki, Rusiya və İran Azərbaycanla Ermənistan arasında sülh sazişin bağlanmasını istəmir:

“Çünki İran 30 illik işğal dövründə Qarabağdan narkotik və silahın daşınması üçün istifadə edib. Rusiya isə istəyir ki, vəziyyət düzəlməsin və o, bu iki dövləti (Azərbaycan və Ermənistanı) əlində saxlasın. Amma Fransa xaric, ABŞ və Avropanın mövqeyi elədir ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır, sərhədlərin delimitasıyası aparılmalıdır”.




Paylaş:


Müəllif : Tarix:
15-04-2023, 15:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər