Ramil Səfərovun ailəsi onun vəkilindən inciyib? - Qardaşından AÇIQLAMA
Tanınmış vəkil Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası almış zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsi ilə bağlı silsilə yazılar təqdim edib. Sonuncu yazıda vəkil 2006-cı ildə Ramil Səfərov barəsində hökm oxunduqdan sonra zabitin ailəsinin ondan imtina etməsi barədə qeydlər edib və incikliyini gizlətməyib.
Həmin hissəni təqdim edirik:
“Nəhayət, hamının səbirsizliklə və həyəcanla gözlədiyi gün gəldi. 13 aprel 2006-cı ildə Ramil Səfərov barəsində hökm oxundu. Hakimin oxuduqlarını mənə "Anadolu Ajansı"nın Budapeştdəki təmsilçisi türk dilinə tərcümə edirdi. Nə cəza verildi sualıma adam "mühebbet verdilər abi" dedi. "Mühebbet" nədi soruşanda isə ömrünün sonuna kimi həbsxanada olacaq dedi. Vəziyyətimi təsəvvür edə bilərsiniz. Hakimin məhkəmə boyu davranışı bunun əksindən xəbər versə də, mən həqiqətən son dəqiqəyə kimi Səfərova ömürlük həbs cəzası veriləcəyi fikrini yaxın qoymamağa çalışırdım. Bu bizim Ramil Səfərovla sonuncu görüşümüz oldu.
Bakıya qayıdanda məni növbəti sürpriz gözləyirdi. Ramilin atası iş yerimə gəlib üzrxahlıq etdi və ona vəkillikdən kənarlaşdırılmağımın məsləhət görüldüyünü dedi. “Məsləhətli don gen olar və haqqımı halal edirəm” deyərək həmin gündən sonra bu işdən uzaqlaşdım”.
Modern.az saytı tanınmış vəkilin dediklərinə Ramil Səfərovun ailəsindən münasibət öyrənməyə çalışıb. Ramil Səfərovun qardaşı Vüqar Səfərov saytımıza açıqlamasında bildirib ki, məlum hadisə ilə əsasən evin ağsaqqalı məşğul olub:
“Bizim ailənin böyüyü atamız olub. Adil İsmayılovla da həmişə atam görüşüb. Ramilin böyük qardaşı olsam da, o işlərə qarışmamışam. İkincisi, bu hadisə 2004-2006-cı ildə olub. Üzərindən illər keçib”.
Vüqar Səfərov həmin vaxtlarda atası ilə Adil İsmayılovun arasında hansı söhbətlərin olduğunu bilmədiyini söyləyib:
“Çünki atam gəlib hər şeyi bizə danışmırdı. Sadəcə deyirdi ki, “hər şey yaxşı olacaq, narahat olmayın!”. Anamız da o vaxtlar ağır xəstə idi. Atam kənarda Ramilin işləri ilə məşğul olurdu, biz də 2 qardaş olaraq anamızla məşğul idik. Səhv etmirəmsə, 2010-cu il idi. Parlament seçkiləri öncəsi Adil İsmayılov atamla birgə seçicilərlə görüşlərə qatılıb. Atamı öz yanında aparıbmış. Aralarında inciklik olsa idi, atam necə gedə bilərdi?”.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə qətlə yetirmişdi. Hadisə Ramilin Vətənə dönməyə 20 gün qalmış baş vermiş və elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. O, Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin fəaliyyəti nəticəsində Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.
Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-08-2019, 14:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-08-2019, 14:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39