reklam
Regionxeberlericom.az » Gündəm » Naxçıvanda nə baş verir? – Qadınların direktor olduğu bu şirkətlər ləğv olundu

reklam

Naxçıvanda nə baş verir? – Qadınların direktor olduğu bu şirkətlər ləğv olundu

















Bu ilin mart ayında Naxçıvan Muxtar Respublikasında dövlət qeydiyyatına alınan "NAXPROPERTY-3" MMC, “MEST -2” MMC və “MEST -4” MMC adlı 3 şirkət ləğv olunduqlarını açıqlayıblar.

Ləğv olunan şirkətlərdən 2-si mart ayının 13-də, biri isə mart ayının 31-də dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, bu ilin ilk 3 ayında Naxçıvanda "NAXPROPERTY” adı ilə bir neçə şirkət dövlət qeydiyyatına alınıb. Eyni zamanda bu şirkətlərlə bağlılığı olan “MEST” adlı çoxsaylı şirkətlər də yaradılıb.

Məlumat üçün bildirək ki, 18.04.2023-cü il tarixində yeniavaz.com saytında yayımlanan “Naxçıvanda böyük kapitalla onlarla şirkət yaradılıb – Talıbovla bağlılığı var” başlıqlı yazıda bu şirkətlərlə bağlı geniş məlumat yer alıb.

Bu məlumatın yayılmasından qısa müddət sonra həmin şirkətlərdən 3-ü ləğv olunduğunu elan edib.

Maraqlı və diqqət çəkən məqam odur ki, yeni qeydiyyatdan keçən bu şirkətlərdən yalnız 3-ü ləğv olunur və ləğv olunan hər 3 şirkətin qanuni təmsilçisi qadınlar olub. Digər şirkətlərin, yəni ləğv olunmayan şirkətlərin qanuni təmsilçiləri kişilərdir.





Paylaş:


Müəllif : Tarix:
23-04-2023, 12:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər